main-post-cover

    "YouTube" yeni Sosial Şəbəkəsini təqdim etdi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "YouTube", "Community" adında videobloggerlər ilə izləyicilər arasındakı əlaqəni artırmağı hədəflədiyi bir sosial şəbəkəni təqdim etdi. Sosial Media şəbəkələrinə "Youtube"da qatıldı.

    "Community" adındakı sosial şəbəkə, videobloggerlərin məzmunlar və digər mövzularda izləyicilər ilə daha çox əlaqədə olmalarına şərait yaradacaq. Bugündən etibarən beta versiyasında işə başlayan "Community", "Youtube" tərkibindəki kanalların yanında yer alan bir bölmədə xidmət verəcək. "YouTube"un sosial şəbəkəsi ilk mərhələdə bloggerlər ilə izləyicilər arasında; GIF, canlı video və s. məzmunları paylaşmalarına şərait yaradacaq. 
     

    "YouTube" rəsmiləri, sosial şəbəkənin gözləntiləri qarşılaması haqqında tətbiqin tam versiyasında daha geniş bir sosial şəbəkə təcrübəsi vəd edirlər. Mövcud abunə olunan kanallardakı bildiriş sisteminə sahib olacaq tətbiq, mobil cihazlar üzərindən də xidmət verə biləcək. "YouTube"un özünə aid bir sosial şəbəkə meydana gətirəcəyini Avqust ayında sizlərə bildirmişdik. Son bir neçə ayda seçilmiş bloggerlər ilə tətbiqi test edən "YouTube", bugündən etibarən tətbiqin beta versiyasını istifadəçilərə təqdim etdi. 
    "YouTube" rəhbərliyindən Kayley Makevoy bir bloq yazısında, meydana gətirilən sosial şəbəkənin bloggerlər ilə izləyicilər arasında dərin işbirliyləri meydana gətirə biləcəyini bildirdi. Test versiyalarında seçilmiş bloggerlərin özlərinə kömək etdiyini bildirən Makevoy, sosial şəbəkənin izləyicilərin bütün gözləntilərini qarşılamaq məqsədi ilə xidmət verəcəyini də sözlərinə əlavə etdi. 
    "YouTube", gələcək aylarda izləyici və blogger rəylərinə əsasən "Community"-yə yeni xüsusiyyətlərin də əlavə ediləcəyini ifadə edir.
    Sistemin hələki bəzi "YouTube" video bloggerlərində işləyəci isə "Digital Trends"dəki bir xəbərdə yer aldı. 
    Linki kopyala