main-post-cover

    YouTube-un mobil versiyasına çox faydalı funksiya əlavə olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Əgər siz, YouTube-a kompüter vasitəsilə daxil olub videoya baxırsınızsa onda videonun lazımi hissəsinə qayıtmaq elədə çətin olmur.

    Belə ki, nəzərə alsaq ki, kompüterin böyük ekranı var, bu xüsusiyyət videoda lazımi səhnələrə qayıtmaq prosesini asanlaşdırır. Lakin planşetlərdə və ən əsasda smartfonlarda bunu etmək bir qədər çətindir. Xoşbəxtlikdən "Google” şirkəti bunun fərqindədir və YouTube üçün yeni xüsusiyyət əlavə edib. Mobil telefonlar üçün nəzərdə tutulmuş YouTube tətbiqinin yenilənmiş versiyasına daxil olub video izləyən zaman ekranın sağ və sol tərəflərindən videonu 10 saniyəlik geri-irəli çəkə biləcəyiniz xüsusi düymələr ilə qarşılaşacaqsınız. Bu funksiya sayəsində istifadəçilər uzun video izləyən zaman videonu bir neçə dəqiqə əvvələ və ya qabağa çəkmək əvəzinə bunu 10 saniyəlik zamanlama ilə edə biləcəklər. Qeyd etmək lazımdır ki, yeni funksiya YouTube-un 11.47.55 versiyasında çalışır. Tətbiqi yeniləyəndən sonra siz cihazın ayarlarına daxil olaraq YouTube tətbiqinə keçid edərək onun məlumatlarını pozmalı olacaqsınız. Yalnız bundan sonra yeni funksiya işə düşəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər