main-post-cover

    YouTube, məşhur videoblogger PewDiePie-dan imtina etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    PewDiePie daha bir qalmaqal ilə üz-üzə qaldı.

    Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, məşhur PewDiePie YouTube kanalının müəllifi Felix Kjellberg-inantisemit (Yəhudi millətinə qarşı düşmənçilik) fikirlərinə görə "Disney” şirkəti onunlar olan müqaviləni ləğv etmişdi. İndi isə növbə YouTube-un özünə çatdı. Belə ki, məlumata əsasən YouTube administrasiyası, ödənişli servis YouTube Red-ə təqdim olunması planlaşdırılan Scare PewDiePie verlişinin ikinci sezonundan imtina edib. Bu azmış kimi, servisin administrasiyası onun kanalını, Google Preferred reklam proqramından çıxardıb. Onun kanalının reklam proqramından çıxarılması isə o deməkdir ki, Felix bundan sonra reklam üzərindən pul qazana bilməyəcək. Son aylar ərzində Felix aktiv şəkildə Scare PewDiePie verlişinin ikinci sezonu üzərində çalışırdı. Qeyd etmək lazımdır ki, o, ən məşhur videobloggerlərdən biri hesab olunaraq YouTube üzərindən milyonlarla pul qazanırdı.
    Linki kopyala