"Youtube" hacker kanallarını dəstəkləyir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Youtube bir çoxlarımızın sevərək istifadə etdiyi video platformalardan biridir. Amma yaxın zamanlarda verilən məlumat Youtube haqda bəzi mənfi fikirlərin ortaya çıxmasına səbəb olub.
Verilən məlumata görə Youtube hackerlər
üçün öyrədici videolar yayımlanmasına şərait yaradır. İddialara görə Youtube
kiber təhlükəsizlik məsələlərində bir qədər təhlükəli xarakter daşımağa başlayıb.
Təhlükəsizlik şirkəti Proofpoint-in verdiyi məlumata görə Youtube-da hackerlər
üçün bir çox sənədlər yer almaqdadır.
Proofpoint, Youtube-da hackerlər üçün öyrədici
videoların olduğunu və bu videolar sayəsində şəxsi məlumatların necə ələ
keçirildiyinin göstərilirdiyi bildirilir.
Həmçinin şirkət bildirib ki, Youtube vasitəsilə
bəzi şəxsi məlumatların da necə satıldığı da öz əksini tapmaqdadır. Hackingi öyrədən belə videoların açıqlama
qismində fərqli saytlara yönləndirən linklər də yer almaqdadır.
Burda digər maraqlı məqam isə Youtube-un
belə kanallara müdaxilə etmək istəməməsidir. Çünki adi halda müəyyən bir
videoda yer alan arxa plan musiqisi müəllif hüquqlarının pozulması əsas gətirilərək
silindiyi halda hacker yetişdirən belə kanallara heç bir müdaxilə edilməməsi
şübhəlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ