

YouTube, bu ilin sonunadək sosial şəbəkəyə çevrilə bilər. Venture Beat-in verdiyi məlumata görə, YouTube, video paylaşımlardan başqa, foto, mətin və səsvermə kimi xüsusiyyətləri öz platformasına əlavə edə bilər. YouTube-un bu addımı "Facebook"un sürətlə böyüyən video xidmətinə cavab reaksiyası kimi dəyərləndirilə bilər.
Xəbərə görə, Backstage (Kamera arxası) olaraq adlandırılan YouTube xidməti, istifadəçilərin videodan başqa digər məzmunları izləyiciləri ilə paylaşmasına xidmət edir. Backstage-in köməyi ilə YouTube-da, Facebook və Twitter-də olduğu kimi xəbər lenti öz əksini tapacaq.
Twitter'ə özəl GİF düyməsi gəlir!
Bu yenilik bir
növ YouTube üçün xəbər lenti rolunu oynayacaq. Abunəçilər, burda ediləcək
paylaşımlarla əlaqədar bildirişlər ala biləcək və paylaşımları öz zaman tunellərində
görə biləcəklər. Backstage-in paylaşılanları tərs xronoloji sırayla göstərməsi
gözlənilir. Backstage digər sosial şəbəkələrlə rəqabət edəcək şəkildə düzəldilib
və rəylərdən əlavə, yeni formatlar öz əksini tapıb. Backstage-də olması gözlənilən, tweet bənzəri mətin paylaşımları, bir mövzu ilə əlaqəli anketlər, kamera arxası
fotolar və Backstage-ə aid xüsusi videolar, bloggerlər və izləyicilər arasında
daha yaxın əlaqə qurmağa şərait yaradacaq. Bu yeniliyin yalnız prodüsserlərə
deyil, istifadəçilərə də təqdim olunması gözlənilir. Videonun, sosial şəbəkələrdə
önəm qazanması YouTube-un yeni addımlar atmasına şərait yaradıb. Youtube bu
mövzu ilə əlaqəli hələ ki, rəsmi açıqlama verməyib.
Şərh yoxdur