YouTube Dizaynını Dəyişdi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Uzun müddətdir gündəmdə olan və May ayında təqdim edilən YouTube-un material dizaynı yavaş-yavaş istifadəçilər tərəfindən görülməyə başladı. YouTube bu dizaynla yeni bir simaya bürünür.
YouTube
dizaynı bir dəfə daha dəyişdi. Uzun müddətdir YouTube-un masaüstü tətbiqində eyni dizaynda qalmasına səy göstərən "Google”, May ayında elan etdiyi yeni material
dizayna keçməyə başladı.
Keçməyə başladı deyirik, çünki hələ bu yenilənməni almamış ola bilərsiniz. "Technote.az" "Shiftdelete"ə istinadən bildirir ki, uzun müddətdir beta versiyada olan yeni dizayn, istifadəçilərə mərhələli olaraq təqdim edilir.
Keçməyə başladı deyirik, çünki hələ bu yenilənməni almamış ola bilərsiniz. "Technote.az" "Shiftdelete"ə istinadən bildirir ki, uzun müddətdir beta versiyada olan yeni dizayn, istifadəçilərə mərhələli olaraq təqdim edilir.
Eynilə mobil tətbiqindəki kimi bölmələri olan YouTube, bu halı ilə olduqca gözəl
görünür. Görünüş olaraq gözəl olması əlbəttə kifayət deyil. Bugünə qədər masaüstü versiyasında sol menyu əksik görünürdü. İndi isə daha dolu və özəlləşdirməyə
açıq bir hala gəlir. Bu bölgəni istifadə edərək gələcəkdə özümüzə aid, çox daha
istifadəyə yararlı bir YouTube səhifəsi yarada bilərik. Bundan əlavə kanal səhifələrində
bir çox yeniliklər mövcuddur. Bunlar həqiqətən çox sadə amma gözə xoş gələn
yeniliklərdir. Kanal səhifələrindəki siyahılar genişlədilmiş və çox daha sadə bir hala gətirilmişdir. Aşağıdakı şəkilə baxaraq nə demək istədiyimizi anlaya bilərsiniz.
Kanal
loqosunun ön plana çıxması və kanal üçün seçilən rəngin son dərəcə gözə xoş gələn
bir formada istifadə edilməsi, yeni dizaynın müsbət cəhətlərindəndir. Mobil
dizayna çox yaxın olan bu dizayn YouTube-un simasını bir xeyli dəyişdirir.
Yeni
material dizaynın bütün istifadəçilərə tam olaraq nə vaxt açılacağı isə hələki
məlum deyil. İrəlidəki günlərdə, "Google”un bu yeniliklər üçün daha ətraflı bir açıqlamasının olacağını gözləyirik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)