main-post-cover

    YouTube-da 30 saniyəlik reklam videolarına son

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkəti xəbər verib ki, 2018-ci ildə YouTube videoservisi, 30 saniyəlik reklam videolardan azad olacaq.

    Qeyd etmək lazımdır ki, həmin reklam videoların işə düşməsi zaman 5 saniyə gözləmək lazım gəlir. Ondan öncə reklam videolarından əsas videoya keçid etmək olmur. Şirkət rəsmisi bildirib ki, "Google” daha çox kommersiya formatında diqqətini cəmləyəcək. Kommersiya formatı isə bir çox reklam verənlər və izləyicilər üçün daha maraqlıdır. "Biz, ümumdünya internet istifadəçilərinə reklam videolarının daha yaxşı dəstəyini reallaşdırmaq üçün çalışırıq. Bu fikir çərçivəsində artıq 2018-ci ildən başlayaraq biz 30 saniyəlik reklam videolarına son verəcəyik. Bunun yerinə biz həm istifadəçilər, həmdə reklam verənlər üçün əlverişli olacaq formata keçid edəcəyik” – deyə şirkət bildirib. Bu cür xəbərin müsbət qarşılanmasına baxmayaraq bu o demək deyil ki, şirkət bu cür reklamların hamısından imtina edəcək. Belə ki, 15-20 saniyəlik reklam videoları olduqları kimi qalacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər