main-post-cover

    YouTube canlı yayımlar üçün yeni proqram yaradır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2015-ci ildə Periscope ilə Meerkat həyatımıza girən canlı yayım macərası, daha sonra Facebook’un Live servisini istifadəyə verməsilə daha da böyüdü.

    İndi isə bu dünyaya YouTube da qatılmaq istəyir.
    VentureBeat’də yer alan xəbərə görə dünyanın ən böyük video platforması YouTube, "YouTube Connect” adlı öz canlı yayım proqramı üzərində aktiv olaraq işləyir. İnsanların Google hesabları ilə giriş edə biləcəkləri proqramın həm iOS, həm də Android platformalarına gələcəyi söylənilir və iş funksiyasının Periscope ilə eyni olacağı deyilir. Canlı yayımların daha sonra izlənməsi üçün saxlanılması da YouTuber’lərin diqqətini çəkəcək.
    Canlı yayımı uzun müddətdir ki, aktiv olaraq təqdim edən YouTube, yeni servisi ilə bu prosesi daha da mobilləşdirmək istəyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər