main-post-cover

    Youtube-a yeni xüsusiyyətlər əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Youtube, iOS üçün daha yeni forma və dizaynda istifadəçilərə təqdim olunub.

    Google-un video platforması Youtube, iOS platformasında yer alan xüsusiyyətləri daha əlverişli şəkildə istifadəçilərə təqdim edib. Bir müddət əvvəl dizaynda dəyişiklik edən Youtube, bu yenilik ilə dizayna yeni xüsusiyyətlər əlavə edərək, istifadəçilərə yüksək səviyyədə video standartı təqdim etməyi hədəfləyir.
    Artıq bir müddətdir ki, Youtube izlənilən videoların hansı hissədə saxlandığını və ya istifadəçi tərəfindən hansı videoların izləndiyini qeyd edir. Bu dəfə isə Youtube bəzi xüsusiyyətləri də əlavə edərək istifadəçinin işini daha da asanlaşdırıb.

    -Beləliklə, siz yeni dizaynlı Youtube kanalını (kitablıq) istifadə edərkən izlədiyiniz videoların siyahısını, yükləmələrinizi, musiqi siyahısını görə bilərsiniz
    -İşarələrin altında yer alan başlıqlar sayəsində bölmələri daha asan anlaya bilərsiniz
    -Hər hansı ekrandan bölmələr arasında keçid edə bilərsiniz
    -Daha az axtarışla daha çox video görə bilərsiniz
    -Ekranın sağ üst hissəsindəki avatarınıza toxunaraq hesablar arasında keçid edə bilər, bildirişləri görüntüləyə bilər və tənzimləmələri idarə edə bilərsiniz
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər