main-post-cover

    Yer kürəsinə bənzər planet kəşf olunub

    07.05.2017
    Farid Pardashunas
    NASA-nın Kepler kosmik missiyası Yer kürəsinə bənzəyən planet kəşf edib. Kepler -452b adı verilən planet Cygnus ulduz sistemində yerləşir. Ölçülərinə görə Yer kürəsindən çox da fərqlənməyən planet bizim Günəşə bənzər ulduz ətrafında fırlanır. Bu isə o deməkdir ki, planet öz səthində külli miqdarda su ehtiyyatı saxlaya bilər. Kepler -452b planetinin diametri bizim planetdən fərqli olaraq 60% böyükdür. Lakin hələki onun çəkisi və tərkibi haqqında heç bir məlumat yoxdur. Planetin öz ulduzu ətrafında tam fırlanma müddəti 385 gün təşkil edir. Yəni onun orbitinin uzunluğu Yer kürəsindən fərqli olaraq 5% uzundur. Bununla yanaşı Kepler -452b planeti öz ulduzundan 5% aralıda yerləşir. Planetin ulduzunun yaşı 6 milyard il təşkil edir. Bu isə bizim sistemdəki Günəşin yaşından 1.5 milyard il çoxdur. Ulduz bizim Günəşin malik olduğu temperatura sahib olsada onun parlaqlığı 20% çox, diametri isə 10% böyükdür. Sonda qeyd edək ki, Cygnus sistemində Kepler -452b yerləşdiyi sistem Yer kürəsindən 1400 işıq ili uzaqlığındadır.
    Linki kopyala