Yeni virus 10 milyon smartfona yayılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Android smartfonlarda yeni virus yayılıb. HummingBad adlı
virus istifadəçi zərərli kodları olan saytlara daxil olan zaman smartfona
yayılır. Bu virus çinli hackerlər tərəfindən yaradılıb və artıq bütün dünyada
10 milyona yaxın smartfona yayılıb. Check Point şirkətinin mütəxəssisləri
HummingBad virusunu hələ bu ilin fevral ayında aşkar etmiş və onun nə dərəcədə
yayılmasını müşahidə edirdilər. Bir neçə ay ərzində virusun yayılması o qədər də
sürətli deyil idi. Lakin may ayının ortalarından başlayaraq virus dəhşətli
epidemiya kimi yayılmağa başladı. Mütəxəssislərin verdikləri məlumata əsasən
HummingBad virusu zəif nöqtələrdən istifadə edərək istifadəçinin hüquqlarını əldə
edir. Bundan sonra o istənilən Android smartfonunda müxtəlif əmrləri yerinə yetirə
bilir. Bunların arasında məlumatların pozulması və ya digər serverlərə göndərilməsi də
var. Virus root giriş əldə edə bilməyəndə HummingBad istifadəçiyə yanlış sistem
yenilənməsi haqqında bildirişlər göndərərək onu aldadır. Beləliklə sistem səviyyəsində
icazəni alandan sonra hackerlər Android smartfon üzərində bütün nəzarəti ala
bilirlər. Smartfona yayılandan sonra HummingBad digər tətbiqləri yükləyərək
avtomatik olaraq reklam bildirişlərinə
daxil olur. Check Point şirkətinin hesablamalarına əsasən bu üsulla HummingBad virusunu yaratmış hackerlər ayda 300.000 dollar vəsait qazanırlar. Sözügedən
virusdan ən çox əziyyət çəkən ölkələr sırasında Çin, Hindistan, Filippin,
İndoneziya və Türkiyə durur. Check Point-in fikrincə bu virus Çinin reklam və
analitik agentliyi olan Yingmob tərəfindən yaradılıb. Çoxmilyonlu gəliri olan və
Pekin-də əsaslanmış bu şirkət həmçinin reklam nümayişi və tracking üzrə leqal
platformaların yaradılması üzərində də fəaliyyət göstərir. Mütəxəssislərin məlumatlarına
əsasən HummingBad-in zərərli komponentlərinin yaradılmasının arxasında məhz
Yingmob komandası dayanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)