main-post-cover

    Yeni parlaq qara rəngli Samsung Galaxy S7 Edge modelinin görüntüləri sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir neçə gün əvvəl Samsung-un Galaxy S7 Edge modelini üçün yeni parlaq qara rəng seçimi olacağı təqdim olunacağı bildirilmişdi. Galaxy S7 Edge-in qara rəngi mövcud idi, amma bu parlaqlıq iPhone 7 seriyasındakı kimi görüntü əks etdirmirdi.
    Bunu nəzərə alan şirkət daha parlaq qara rəng versiyasını Galaxy S7 Edge üçün təqdim edəcək.
    Yeni Galaxy S7 Edge telefonunun parlaq qara rəngi Weibo üzərindən canlı olaraq görüntüləndi. Yeni parlaq qara rəng digər qara rənglə müqayisədə daha nəzərə çarpandır.
    Parlaq qara Galaxy S7 Edge digər Galaxy S7 və Galaxy S7 Edge-dən fərqli olaraq tünd qara metal yan çərçivələrlə əhatələnib. Bu yeni modelin dekabr ayında istifadəçilərə təqdim olunması gözlənilir.




    Linki kopyala