Yeni Nokia 3310 haqqında məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məşhur insayder Evan Blass, təqdimata hazırlaşan yeni Nokia 3310 haqqında məlumatları təqdim edib.
Onun verdiyi məlumatlara əsasən yeni Nokia 3310, Series 30+ sistem əməliyyatı üzərində çalışacaq. Bu isə o deməkdir ki, yeni model, standart
mobil telefondan smartfona keçid etməyəcək. Bundan əlavə olaraq mobil telefon,
rəngli ekrana sahib olacaq. Onun dizaynı Nokia 3310 ilə Nokia 150 modellərinin
sizntezinə bənzəyəcək. Yeni model bir çox rənglərlə təqdim olunacaq. Daha əvvəlki
şaiyələrə əsasən isə yeni Nokia 3310-nun dizaynı 2000-ci ildə satışa çıxmış
modelin dizaynını özündə saxlayacaqdı. Onun əsa özəliklərindən biri isə
qalınlığı və çəkisi olacaq. Belə ki, yeni model bir qədər qalın olacağına
baxmayaraq həmçinin yüngül olacaq. Gözlənildiyi kimi yeni Nokia 3310, Nokia 3 və Nokia 5 ilə birlikdə MWC 2017 sərgisində təqdim olunacaq. Onun güman olunan
qiyməti isə 59 avro təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək