main-post-cover

    Yeni nəsil iPhone mobil telefon bazarını tamamilə dəyişəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Jurnalist Robert Skoubl öz blogunda növbəti nəsiln iPhone-nun özəlliklərindən danışıb.

    Onun sözlərinə görə yeni nəsil iPhone mobil cihazlar bazarını tamamilə dəyişəcək. Qeyd etmək lazımdır ki, bu məlumatları Robert, şirkətə yaxın olan mənbələrindən əldə edib. İlk öncə yeni iPhone-nun korpusu hər tərəfdən müxtəlif növ şüşələrdən ibarət olacaq. IPS ekran texnologiyasından şirkət yeni nəsil OLED ekran texnologiyasına keçid edəcək. Güman olunur ki, "Apple” yeni iPhone modeli ilə birlikdə baxışları skan edə biləcək tamamlanmış reallıq cihazını da təqdim edəcək. Robert-in sözlərinə əsasən bu texnologiya ilə birlikdə yeni nəsil iPhone ən güclü videokarta (Nvidia GTX 1080) sahib kompüterdən daha yaxşı məhsuldarlıq sərgiləyəcək. Bundan əlavə olaraq iPhone 8 (və ya iPhone 7s) holoqram və tamamlanmış reallıqla çalışacaq.
    Linki kopyala