main-post-cover

    iOS artıq güvənli deyil. iPhone\'ların bəlası yeni virus - AceDeceive

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Jailbreak olmayan iPhone'ları da təsir əhatəsinə alan yeni virus kəşf edildi.


    Texnologiyalar inkişaf etdikcə təhlükəsiz olduğunu düşündüyümüz sistemlərdə də boşluqlar ortaya çıxır və bu sistemlərə təsir edə biləcək viruslar yaradılır.
     

    Güvəndiyimiz sistemlərdən biri də Apple cihazlarında olan iOS sistemi idi. Minlərlə insan sırf təhlükəsiz və güvənli olduğu üçün bu sistemə üstünlük verirdilər.
     
    Son zamanlar ard-arda sistemdə boşluqları tapılan iOS əməliyyat sistemi yeni bir virusla gündəmə gəlib. Təhlükəsizlik şirkəti olan Palo Alto Networks'ün araşdırmaları zamanı yeni bir virus ortaya çıxıb. Bütün iPhone'lara yoluxma təhlükəsi olan bu virus jailbreak olmayan telefonları da təsir dairəsinə ala bilir. Sözü gedən virus hal hazırda Çində sürətlə yayılmaqdadır. Çində olmasına baxmayaraq virusun tezliklə bütün dünyaya yayılması istisna deyil.
     
    "AceDeceive" adı verilən bu virus, digər ağıllı telefonlarda olan viruslardan heç də fərqlənmir. Virusu xüsusi edən yeganə məqam bu virusun iPhone istifadəçilərinin cihazlarına düşməsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər