main-post-cover

    Yeni iMac, Magic Mouse, Magic Keyboard və Magic Trackpad

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hər kəsin gözlədiyi yenilənmə...
    Apple özünün bəzi cihazlarını gözlənildiyi kimi yenilədi. İlk növbədə yeni 21.5 və 27 dyümluq iMac-lara nəzər yetirək. Yeni iMac-lər uyğun olaraq 4K və 5K ekrana malikdirlər. Yeni modellərdə daha keyfiyyətli prossessorlar, videokartlar, 2 Thunderbolt 2 portu və 2TB qədər Fusion Drive disklərinin dəstəyi var. Ekran ölçüsü kiçik kompüterlər Intel Core i7 Broadwell 3.1 Ghz-lik prossessorla və sistemə inteqrasiya olunmuş Intel Iris Pro Graphics 6200 təchiz olunub. 27 düyümlük iMac-ların parametrləri isə daha "ciddi"dir: Intel i7 Skylake 3.3 Ghz və AMD Radeon R9 iMaclarla birlikdə Magic Mouse, Magic Keyboard və Magic Trackpad-də yenilənib. Yeni keyboard 2 saata Ligthing kabel ilə tam enerjisini bərpa edən Litium batareya və istənilən cihaza qoşulmağı bacaran Bluetooth ilə təchiz olunub. Magic Trackpad 2-ın ölçüsü 29% böyüyüb və Force Touch-ı dəstəkləyir. Həmçinin Magic Mouse 2-də yenilənərək nəhayətki batareya ilə yox daxili akkumlyatorla işləyir. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər