main-post-cover

    Yeni əlavələri ilə Bluetooth 5.0 hansı üstünlüklər vəd edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bluetooth 5 naqilsiz texnologiyası ilə birlikdə daha uzun məsafə və daha çox sürət istifadəçilərin xidmətinə veriləcək. Bluetooth 4.2-nin yerini alacaq texnologiyanın detalları barədə sizlərə məlumat vermək istəyirik. 

    Bluetooth 4.2 Texnologiyasının yerini alacaq olan Bluetooth 5 artıq tamamilə hazırdır. Bluetooth Special Interest Group (BSIG), istifadəçilərin Bluetooth 5 texnologiyasını cihazlarında istifadə etmələri üçün hazır olduğunu açıqladı.

    Bluetooth 5 ilə daha uzun məsafə və daha çox sürət

    İlk dəfə bu ilin ortalarında elan edilən Bluetooth 5 ilə birlikdə naqilsiz texnologiyasına daha uzun məsafə, daha çox sürət və əlavə bir çox yeniliklər edilir. Detallandırmaq lazımdırsa Bluetooth 5, Bluetooth 4.2 texnologiyasına nisbətən 4 dəfə daha çox məsafə təklif edərkən, məlumat köçürülməsi tərəfində isə 2 dəfə daha çox sürət təqdim edir. 
    Bu yaxşılaşdırmalar ilə Bluetooth 5 cihazlarının evdə və ya işdə kəsintisiz bir formada istifadəsi mümkün olacaq. Bütün evlər və binalar üçün əhatə dairəsini genişləndirəcək texnologiyanın Əşyların İnterneti (IoT) developerləri və istehlakçılrın ehtiyaclarını qarşılamaq üçün inkişafını davam etdirəcəyi və sadə, təhlükəsiz qoşulmalar üçün qlobal naqilsiz texnologiya standartı olmağı davam etdirəcəyi ifadə edilir.
    Sürət və məsafədən əlavə Bluetooth 5 ilə birlikdə məlumat transferi həcminin də 8 qatına çıxdığı bildirilir. Əlavə olaraq artıq nömrəsini Bluetooth cihazının adı kimi qeyd edən şəxslərə qız nömrələri birbaşa mesaj kimi gedəcək desəm çox sevinərlər. Fikrimcə Bluetooth adlı bu texnologiyadan daha yaxşı məqsədlər üçün istifadə etmək lazımdır, məsələn Əşyaların İnternetləşdirilməsi kimi. 
    Bluetooth 5 texnologiyasının ümumi istifadəyə növbəti 2-6 ay ərzində təqdim edilməsi planlaşdırılır.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər