main-post-cover

    Planetin ən güclü və ən sürətli avtomobili: Bugatti Chiron

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    21-ci əsr avtomobil dünyasına fantastik avtomobillər gətirdi amma əsas məsələ sürət həddi olduqda bir avtomobil onların hamısını üstələyir. Haqqında danışdığımız avtomobil Bugatti Veyron-dur. Hamının tanıdığı bu əfsanəvi italyanın Super Sport versiyası saatda 413 km sürətlə gedə bilən yeganə leqal küçə avtomobili idi. Amma Veyron 2005-də çıxış etmişdi və artıq təqvim 2016-cı ili göstərdiyindən Bugatti də yeni bir davamçıya ehtiyyacı olduğunu anlayaraq Veyron-un davamçısını səhnəyə çıxardı.

     
    Cenevredə təqdim olunan yeni Bugatti Chiron Veyron-da istifadə olunan 8 litr W16 mühərrikdən güc alır və bu dəfə 1001 yox 1487 at gücü hasil edir. Amma Chiron Ferrari LaFerrari, McLarean P1 və Porsche 918 kimi hibrid sistemdən istifadə etmir. Chiron yalnızca petrolla çalışır və əgər dabanınızı yerə var gücünüzlə sıxsanız 2.5 saniyəyə Chiron-la birlikdə 100 km/saat həddinə çatmaq bir göz qırpımı qədər yaxın olacaq. Bir qədər də səbriniz çatsa 500 km/saat sürətlə bir anlıq planetin ən sürətli canlısı ola bilərsiniz. Amma kiçik bir şeyi nəzərinizə çatdıraq, bütün bunları etməzdən əvvəl Bugatti-yə 2.5 milyon dollar məbləğində bir çek verməlisiniz.


     
    Bugatti Chiron yenə 10 ədəd radiatorla təchiz edilib amma avtomobilin baqajına aeroport çantası sığışdırmaq mümkündür. İnteryer Veyron-dan çox da fərqlənmir amma sürücü ilə sərnişini ayıran orta konsoldaki qövsvari işıq onu fərqləndirir. 


     
    Chiron-un eksteryeri Bugatti-nin bu yaxınlarda təqdim etdiyi konsept modeldən fərqlənmir. Arxada uzun stop işıqları və öndə Veyron-a bənzər farlarla Chiron atasının oğlu olduğunu hər cizgisi ilə göstərir.
     
     
    Bugatti Chiron 500 km/saat sürət göstəricisi və 1500-ə yaxın at gücü ilə həm yanacaqla çalışan avtomobillərin yüksək potensialını bir daha sübut edir, həm də insanların yaradılışdan bu günə hazırladıqları ən mükəmməl cihazlardan birini italyan imzası ilə dünyaya göstərir.
     
     

     


    Linki kopyala