Yanvar ayında 78.3 milyon iPhone satışı ilə Apple rekordu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone satışları bütün sürətliylə davam edir. Apple tərəfindən edilən açıqlama ilə ağıllı telefon dünyasının ən diqqət çəkən telefonunun satış rəqəmləri və maliyyə analizləri açıqlandı!
Apple, tətil rübü olaraq da adlandırılan 2017-ci ilin ilk
ayında rekord bir gəlir əldə etdi. Bu rekord gəlirdə iPhone satışlarının təsiri
danılmazdır. iPhone 7 və iPhone 7 Plus sayəsində Apple, iPhone satış rekordu
qırdı.
78 Milyon iPhone Satıldı!
Apple, 2017-ci ilin ilk ayında 78.3 milyon iPhone satışıreallaşdırdı. Keçən il eyni ay 74.8 milyon iPhone satan Apple, beləcə iPhone
satışlarını 5% artırmış oldu. İlin bu rübündə son üç ildir yaşanan eniş də sona
çatmış oldu. Apple, ən yaxşı ilk rüb iPhone satışına çataraq rekord qırdı.
Şirkət iPad mövzusunda keçən ilə görə 19%-lik eniş yaşadı.
Keçən il eyni rübdə 16.1 milyon ədəd iPad satılarkən, bu il 13.1 milyon satış rəqəminə
çata bildi. Bu enmənin səbəbi çox gümanki keçən ilin son rübündə yeni bir iPad
modeli təqdim edilməmiş olmasıdır.
Oktyabr ayında yeni Mac Pro-nu təqdim edən Apple-ın Mac
satışlarında da kiçik bir artım var. Keçən il 5.3 milyon Mac satışı
reallaşdırılarkən bu il 5.4 milyon Mac satışı baş tutub.
78.4 milyard dollar gəlir!
Apple, xidmətlərə görə 7.2 milyard dollar gəlir əldə edərkən
Apple Tv, Apple Watch, iPod, AirPods kimi digər məhsullarından 4 milyard dollar
qazandı.
Şirkət bu rübdə 78.4 milyard dollarlıq gəlir ilə 17.9
milyard dollarlıq təmiz mənfəət əldə etdi. Hissə başına düşən gəlir isə 3.36
dollar olaraq reallaşdı. Keçən il 75.9 milyard dollar gəlir əldə edərkən hissə
başına düşən gəlir 3.28 dollardır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)