main-post-cover

    Yadplanetlilərin bizə oxşamayacaqlarının 10 səbəbi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Kainatın ölçüsünün böyük olduğunu nəzərə alsaq digər sivilizasiyaların aşkar olunma faizi çox yüksəkdir. Bəzi alimlər söz verirlərki, bir sıra ekzoplanetlərdə yadplanetlilərin olma sübutunu artıq 2040-cı ildə təqdim edəcəklər. Təbii ki, xarici görünüşcə onlar biz insanlardan çox fərqlənəcəklər. Görünüş cəhətdən yadplanetlilərin bizlərdən fərqlənməsinin bir çox səbəbləri var. Onlardan biridə onların var olduqları qeyri-adi yaşam mühitidir. Digər tərəfdən xarici görünüş o qədərdə vacib deyil. Əsas məsələ onlarla ortaq dil tapmaqdır. 
     
    Güclü qravitasiya qüvvəsi. Yer kürəsində qravitasiya qüvvəsi iki dəfə daha qüvvətli olsaydı nə baş verərdi?
    Çətinki onda insanlar ayaqlarının üzərində gəzəcəkdilər. Belə ki, ayaqlar daha qısa sümüklər isə böyük olacaqdı. Yer kürəsindəki həyatın bütün formaları ölçü baxımından daha da kiçiləcəkdi. Əgər qravitasiya qüvvəsi iki dəfə daha zəif olsaydı onda sadalanan xüsusiyyətlər əksinə olardı.
     
     
    Digər atmosfer mühiti. İstənilən planetin atmosferi orqanizmin xarici görünüşünə qravitasiya qüvvəsi qədər təsir göstərir. Milyonlarla illər bundan öncə Yer kürəsinin atmosferi daha sıx olmaqla yanaşı həmdə daha çox oksigenə sahib idi. Məhz buna görə həmin vaxtlarda yaşamış dinozavrlar böyük ölçüdə idilər. Bundan əlavə olaraq planetdə elə orqanizmlər var ki, onların yaşamaları üçün oksigen ümumiyyətlə lazım deyil. Bu da öz növbəsində onların xarici görünüşlərinə təsir edir.
     
     
    Digər biokimyəvi mühit. Yer kürəsində həyat 3 əsas biokimyəvi xüsusiyyət (karbon, su, DNT) əsasında yaranıb. Əgər bu elementlərdən hər hansısa birini digəri ilə əvəz etsək onda həyat başqa cür inkişaf edəcək.
     
     
    Digər planetlərdə suyun olmaması o demək deyil ki, orada həyat mövcud ola bilməz. Maye ammonyak suyu əvəz edə bilər. Belə ki, o suyun bir çox xüsusiyyətlərini özündə daşıyır.
     
     
    DNT-nin mövcud olmaması. Son vaxtlara kimi güman olunurdu ki, yalnız DNT həyatın yaranmasında və inkişafında əsas rolu oynayır. Lakin bir neçə müddət bundan öncə alimlər ksenonüvə turşusunu sintez etməyi bacarıblar. Qeyd edək ki, ksenonüvə də genetik məlumatları özündə saxlayıb və yaxud ötürə bilir. Yadplanetlilər həmçinin orqanizmlərində digər proteinlərin hesabına da mövcud ola bilərlər.
     
     
    Digər yaşam mühiti. Yer kürəsi insanların yaşaması üçün bir çox müxtəlif biomlar yaradıb (tundralar, dəniz, çöllüklər, tropik meşələr, səhralar və s.). Bu biomlardan hər birində orqanizmlər öz yaşam mühitlərinə öyrəşirlər. Məhz buna görə həmin orqanizmlər görünüşcə bir birindən fərqlənirlər. 
     
     
    Yadplanetlilər insanlardan yaşca böyük ola bilərlər. İnsan sivilizasiyası çox tez inkişaf etdi. Ən azından biz belə düşünürük. Əgər yadplanetlilərin öz texnologiyalarını inkişaf etdirməyə çox vaxtları olubsa deməli onlar öz görünüşlərini istədikləri kimi dəyişmək qabiliyyətinə malikdirlər.
     
     
    Kimsəsiz planetlərdəki həyat. Hesablamalara görə bizim qalaktikada heç bir ulduz sisteminə aid olmayan 200 milyarda yaxın planet mövcuddur. Heç bir ulduz sisteminə aid olmadıqları üçün onlara kimsəsiz planetlər deyirlər. Həmin planetlərdə də şüurlu həyatın var olma ehtimalları çox yüksəkdir. Bu halda o planetlərdə həyat öz inkişafı üçün digər enerji növündən istifadə etməlidir. 
     
     
    Qeyribioloji varlıqlar. Böyük bir ehtimal var ki, bizlər bioloji orqanizmlərin yerinə yadplanetli robotlara rast gələcəyik. İki hal mövcuddur. Ya onlar əvvəllər bioloji orqanizm olublar və öz bioloji bədənlərini mexaniki bədənlərə dəyişiblər. Yada ki, elə əvvəlcədən mexaniki robot şəklində yaradılıblar.
     
     
    Təsadüf faktoru hətda qalaktik miqyasda belə çox vacibdir. Təbii ki, yadplanetlilər xarici görünüşcə bizə oxşasaydılar daha yaxşı olardı. Lakin bu ehtimal demək olar ki, sıfıra bərabərdir. Əgər nə vaxtsa digər sivilizasiyalar ilə əlaqə qurmağı bacarsaq bunu yaddan çıxartmaq lazım deyil.
     

    Linki kopyala