main-post-cover

    "Xiaomi" şirkəti yeni büdcəli və yüksək performanslı Mi 6 modelini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bugün Pekində keçirilmiş təqdimat çərçivəsində "Xiaomi” şirkəti öz yeni flaqmanı Mi 6-nı təqdim etdi.

    Təqdim olunmuş yeni flaqman modeli, yuxarı və aşağı hissələrdən enli çərçivələrə və yumru kənarlara sahibdir. Mi 6, 1080x1920 piksel keyfiyyətli 5.15 inç ekran ilə təchiz olunub. Sözügedən model iki variantda təqdim olunur. Onlar sadəcə daxili yaddaş ilə fərqlənirlər. Digər göstəricilərə gəldikdə isə hər iki versiya 6 GB-lıq RAM və Snapdragon 835 prosessoru ilə təmin olunub. Onlardan biri 64 GB-lıq, digəri isə 128 GB-lıq daxili yaddaşa sahibdir. Xiaomi Mi 6, 3350 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon, 12 MP-lik ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təmin olunub. Smartfonun korpusunun çərçivəsi poladdan hazırlanıb. Onun ön və arxa panelləri isə xüsusi əyilmiş şüşədən ibarətdir. Bu modelin ən bahalı versiyasının korpusu isə keramikadan hazırlanıb və bəzi qızılı detallarla bəzədilib. Barmaq izi skanı şüşənin alt hissəsində yerləşir. Smartfona qoşulmaq üçün nəzərdə tutulmuş girişlərdən isə yalnız USB-Type C reallaşdırılmışdır. Xiaomi Mi 6-nın səs gücləndiriciləri, onun yuxarı və aşağı hissələrində yerləşir. Beləliklə istifadəçi tamamilə stereo səsləndirmədən həzz ala bilər. Xiaomi Mi 6, 28 Aprel tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 360$-a, 128 GB daxili yaddaşa sahib versiya 421$-a, keramik korpusa və 128 GB daxili yaddaşa sahib versiya isə 435$-a satılacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər