main-post-cover

    "Xiaomi" şirkəti Mi 5s və Mi 5s Plus smartfonlarını təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gözlənildiyi kimi "Xiaomi” şirkəti Xiaomi Mi5s və 5s Plus flaqman smartfonlarını təqdim edib.

    Hər iki smartfon modeli Snapdragon 821 prosessoru vasitəsilə çalışır. Həmçinin hər iki smartfon Qualcomm SENSE ID adlı ultrasəsli (daha sürətlə və daha dəqiq barmaq izini skan edir) barmaq izi skanı və USB Type-c girişi ilə təchiz olunmuşdur.
    Xiaomi Mi 5s 1920x1080 piksel keyfiyyətli 5.15 inç Full HD ekran, 12 MP arxa və 4 MP ön kamera ilə təchiz olunmuşdur. Smartfon iki versiyada təqdim olunur. Birinci versiya 3 GB RAM və 64 GB daxili yaddaşa, ikinci versiya isə 4 GB RAM və 128 GB daxili yaddaşa sahibdir. Cihaz 3200 mAh enerji tutumlu batareyanı və Qualcomm Quick Charge 3.0 sürətli enerji yığma texnologiyasını özündə birləşdirir.
    Xiaomi Mi 5s Plus 1920x1080 piksel keyfiyyətli 5.7 inç Full HD ekran, 12 MP cüt arxa kamera və 4 MP ön kamera ilə təchiz olunmuşdur. Mi 5s Plus da iki versiyada təqdim olunur. Birinci versiya 4 GB RAM və 64 GB daxili yaddaşa, ikinci versiya isə 6 GB RAM və 128 GB daxili yaddaşa sahibdir. Cihaz 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Hər iki smartfon Android 6.0 Marshmallow  əməliyyat sistemi üzərində çalışır. Xiaomi Mi 5s 29 Sentyabr tarixində satışa çıxacaq və onun birinci versiyası 299$-a, ikinci versiyası isə 344$-a satılacaq. Xiaomi Mi 5s Plus da 29 Sentyabr tarixində satışa çıxacaq. Onun birinci versiyası 344$-a, ikinci versiyası isə 389$-a satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər