Xiaomi Mi 6, Sony-yə aid Sensor istifadə edəcək.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Sony-nin ən
son çıxardığı üç laylı IMX400 sensorunu Mi 6-da görmə ehtimalımız var.
Ağıllı
telefon bazarında uğurlu olan Xiaomi, ötən il Mobil Dünya Konqresində Mi 5-i təqdim
etməsinə baxmayaraq Mi 6 üçün bu ilki
MWC-də hər hansı bir detal və ya məhsul görə bilmədik. Bunun yerinə cihaz
haqqında yavaş-yavaş sızıntılar çıxmağa başladı. Bu gün isə bu sızıntı məlumatlara
bir yenisi daha əlavə olundu.
Çin qaynaqlı
gələn xəbərlərə görə Mi 6-nın iki fərqli versiyası olacaq. Biri Mi 5 kimi 5.15
inç olacaq, digəri isə phablet sevənlər üçün 5.7 inç böyüklüyündə olacaq. İkisi
də Snapdragon 835 prosessoru ilə işləyəcək. Xüsusilə prosessor seçimində çox doğru bir qərar verildiyi deyilə bilər.
Cihazın
kamerasında isə Sony IMX400 sensorunu istifadə edəcəyi deyilənlər arasındadır. Sony, bu sensorunu bir ay əvvəl təqdim etmişdi və sözü gedən
sensor, üç laylı CMOS olmasıyla diqqət çəkmişdi. Oxşar sensor, Xperia XZ
Premium və XZs-də də istifadə edilir. Ötən həftələrdə reallaşan Mobil Dünya
Konqresində bu sensorun 960 FPS olaraq çəkiliş etdiyi videoları görmüşdük.
Daha əvvəl
Mi 6-nın IMX386 sensoru istifadə edəcəyi deyilirdi və əslinə baxsanız bu hələ də
məntiqlidir. Çünki Sony, ən son texnologiya sensorunu daha ilk gündən təqdim etmək
istəməyə bilər. Əlavə olaraq daha böyük olan Mi 6-nın da Mi 6 Plus adıyla
çıxacağı və bu telefonda iki kamera olacağı da deyilənlər arasındadır.
Xiaomi Mi 6-nın
16 Apreldə bazara satışa çıxacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)