main-post-cover

    Write.as: Anonim bloggerlərə xidmət göstərən təhlükəsiz və sadə blog platforması

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Şəxsi gizliliyə önəm verən mesajlaşma tətbiqi Telegram, keçən həftə anonim blog platforması Telegraphı təqdim etmişdi. Telegraphın nə qədər uğurlu olacağı bilinmir amma Write.as, 2015-ci ildə bu işə addım atan və bu sahədəki potensiala işıq tutan bir startap olaraq səhnəyə daxil olur.
    Matt Baer tərəfindən hazırlanan Write.as, anonim olaraq blog paylaşmağınıza icazə verən, Android iOS tətbiqləri də olan bir startapdır. Ancaq Telegraph kimi tək funksionallığı bu deyil. Əksinə zəngin funksiyalar ilə alternativ blog platformanız olmağa namizəd belə ola bilər. Həmçinin Medium kimi sadəliyə üstünlük verən Write.as, yazdıqlarınızı avtomatik olaraq Mediumda və ya Tumblrda paylaşmağınıza da şərait yaradır.


    Write.as, öz blogunu istifadə etmək istəyən amma anonim qalmaq istəməyənlərə də qucaq açır. Ödənişli xüsusiyyətləri ilə şəxsi domeninizi istifadə etməyiniz belə mümkündür. İllik sadəcə 10 dollar qarşılığında öz domen adınızı istifadə edib 3 fərqli Write.as bloqu aça bilirsiniz. Hər blog yazınızda 100 min simvolluq ( təxminən 20 min söz ) sahə verən Write.as, illik 24 dollar qarşılığında 10 blog idarə etməyinizi və bloglarınızı şəxsiləşdirməyinizə şərait yaradır. 

    Chrome plaqininə də sahib Write.as, yuxarıda da bildirdiyim kimi Telegraphdan çox daha inkişaf etmiş bir blog platformasıdır. İstər yazarkən, istər paylaşarkən zəngin funksionallıq təklif edir. Belə demək olarsa: "Medium qədər sadə, Telegraph qədər təhlükəsizik" deyir. 
    Read.write.as bölməsində Write.as yazarlarının məzmunlarını bir araya gətirən startapın 2015-dən bu yana varlığını davam etdirməsi gözəl bir inkişafdır və bundan sonra da ödənişli abunələrinin sayını artıracağını və 2017-ci ildə alternativ blog platformalarının WordPress-ə ziyan verməsə belə "biz də varıq" deyəcək qədər böyüyəcəyini təxmin edirəm. 
    Linki kopyala