main-post-cover

    WordPress-in yeni, 4.6 Pepper versiyası nə ilə fərqlənir? Nə kimi yeniliklər var?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son illərdə sürətlə məşhurlaşan məzmun idarəetmə sistemi WordPress-in, Pepper olaraq adlandırılan 4.6 versiyası yayınlandı. Bu xəbərimizdə sizə bu versiya ilə gələn yenilikləri çatdıracağıq.
    Wordpress, çox sayda plaqin və mövzu dəstəyi verməklə yanaşı, heç bir kodlaşdırma savadı olmayan insanlara belə, blog, e-ticarət və s. platformalar yaratmaq imkanı verir. Bunun nəticəsi olaraq WordPress, son illərin ən məşhur məzmun idarəetmə sistemi olmağı bacardı.
    WordPress 4.6 Pepper ilə gələn yeniliklər ilə, artıq mövzu və plaqinlərdə edəcəyiniz dəyişikliklər səhifə yenilənmədən yaddaşda saxlanılır. Beləcə, hər hansı bir mövzuda və ya plaqinlərdə dəyişiklik etmək artıq daha interaktiv hala gəldi.

    İstifadəçilərin idarə paneli ilə bağlı şikayətlərini dəyərləndirən WordPress, idarə panelində təbii yazı tiplərinə keçid etdi. Beləcə istifadə etdiyiniz cihaz nə olursa-olsun, dəyişən yazı növləri ilə birlikdə idarə paneli daha təbii və daha sürətli idarəetməyə qovuşur.
    Mətn redaktorunda da yeniliklərin olduğu bu versiya, sətir içi avto yoxlama ilə səhv link verilməsinin qarşısını alır. Eyni zamanda məzmun xilas etmə xüsusiyyəti ilə WordPress, siz yazdıqca mətninizi brauzerinizə qeyd edəcəkdir. 
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər