main-post-cover

    WikiLeaks, CIA ilə bağlı yeni gizli məlumatları təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur WikiLeaks saytı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) barədə yeni məlumatları yayıb.

    Sayt, Vault 7 adlı gizli sənədləri yayıb. Həmin gizli sənədlərdə idarənin hacker qruplaşması barəsində məlumatlar yer alıb. Sənədlərdəki məlumatlara əsasən CIA, MDB (Mobile Devices Branch) adlı şöbəyə sahibdir. Həmin şöbə, smartfonların hack olunması ilə məşğul olur. Sözügedən şöbənin əməkdaşları, insanların mobil telefonlarını hack edərək mikrofonu, ismarıcları və mobil telefondakı fotoları əlçatan edirlər. Əməkdaşlar artıq Android sisteminin 24 ədəd boşluğunu bilirlər. Bu boşluqlar isə öz növbəsində Telegram, WhatsApp kimi messencerlərin təhlükəsizlik sistemlərinin sındırılmasına yol açır. Lakin MDB adlı şöbənin əsas hədəfi iPhone modeli smartfonları hack etməkdir. Belə ki, dünyada ən çox istifadə olunan mobil cihaz məhz iPhone-dur.
    Bundan əlavə olaraq CIA-nin həmçinin NDB (Network Devices Branch) adlı şöbəsi də var. Bu şöbənin əsas işi isə Windows, macOSLinux sistemli kompüterləri hack etməkdir. Bunun üçün onlar, müxtəlif tətbiqlər kimi özünü qələmə verən zərərli viruslardan istifadə edirlər. Bundan əlavə olaraq sözügedən şöbə, böyük şirkətlərdə şəbəkə infrastrukturunun virusla yoluxması üçün avtomatlaşdırılmış sistem üzərində çalışır. WikiLeaks tərəfindən təqdim olunmuş gizli sənədlərdə həmçinin CIA-nin, ağıllı televizorları da hack etməsi barədə məlumatlar yer alıb. Weeping Angel adlı tətbiq, "Samsung” istehsalı ağıllı televizorların sistemlərinə daxil ola bilir. Bu zaman televizor sönülü olsa belə fon rejimində tətbiq, mikrofondan istifadə edərək səsləri yazır  və internet vasitəsilə xüsusi serverə göndərir. Bu hələ həmin sənədlərdəki məlumatların kiçik bir hissəsidir. Gələcəkdə WikiLeaks daha çox məlumatı paylaşa bilər. Sözügedən xəbər yayılandan sonra "Samsung” şirkəti buna dərhal reaksiya verdi. Hal-hazırda şirkət bu məsələni araşdırır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər