WhatsApp‚ video zəng funksiyasını aktiv etdi [Beta]
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
WhatsApp video zəng funksiyası nəhayət gəlir. WhatsApp, video zəng fuknsiyasını test proqramına qoşulan istifadəçilərə təqdim edib.
WhatsApp üçün keçən ildən gündəmdə olan video zəng funksiyası təqdim edilmək üzrədir. WhatsApp istifadəçilərinin çoxdan platformaya daxil edilməsini istədiyi video zəng funksiyası, son yenilənmə ilə birlikdə WhatsApp beta test proqramında qeydiyyatda olan istifadəçilərdə aktiv olub.
Uzun müddətdir ki‚ səsli zəng funksiyasını dəstəkləyən WhatsApp, video zəng funksiyasını son yenilənmə ilə tətbiqə əlavə etsə də, video zəng etmək istəyən istifadəçilər "Video zəngdən hal-hazırda istifadə etmək mümkün deyil” bildirişi ilə qarşılaşıblar. Hal-hazırda xidmətin muəyyən sayda istifadəçisi var.
WhatsApp video zəng funksiyasnın tezliklə butun WhatsApp istifadəçilərində aktiv olacağı gözlənilir. WhatsApp səsli zəng funksiyasını da istifadəçilərn üçün yavaş-yavaş aktiv etmişdi‚ video zəng funksiyanın da bu formada təqdim ediləcəyini təxmin etmək olar.
Komputerlər üçün də tətbiq təqdim edən WhatsApp‚ tezliklə NFC işarələri, QR kodlarla qrup dəvanətməsi funksiyalarını da platformaya əlavə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!