main-post-cover

    "WhatsApp" necə pul qazanır? Şəxsi məlumatlarınızı kimlərə satır? (Araşdırma)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    WhatsApp necə gəlir əldə edir? Şəxsi məlumatlarınızı kimə satır? Facebook nə üçün bu şirkəti 19 milyard dollara aldı?
    Bütün bu suallar hamıya maraqlıdır. Necə olur ki, WhatsApp heç bir reklam yerləşdirmədən və bizdən ödəniş tələb etmədən bu qədər dəyərə sahibdir. Bu pul WhatsApp-a haradan gəlir? Bu araşdırmamızda bəzi tükürpədici məqamlara toxunacağıq.
    Sosial şəbəkə olan facebook bu sadə tətbiqetməni almaq üçün 19 milyard dollar ödəyib. Bütün dünyanı şoka salan bu məbləğ facebook tərəfindən niyə ödəndi? Əsas sual isə bu idi heç bir yerdən gəliri olmayan bir tətbiqetməyə bu qədər dəyər çox deyildimi? Bütün bunların cavabı WhatsApp-ın saytında yer alan və oxumadan qəbul etdiyimiz istifadə şərtlərindədir.
    WhatsApp-dan ilk istifadə etdiyiniz andan etibarən 1 il müddətində bu tətbiqetmədən pulsuz istifadə edə bilərsiniz. Növbəti illər isə siz hər il istifadə üçün 0.99 dollarödəməlisiniz. Ancaq bu məbləği ödəyən elə də çox adam yoxdur və hamı bu tətbiqi illərdir rahatlıqla istifadə edir. 
    2015-ci ilin rəqəmlərinə əsasən 900 milyon insan WhatsApp-dan istifadə edir. Təqribən illik 1 dollar ödəniş potensial olaraq 900 milyon dollar edir. Şirkətdə 56 nəfərin işlədiyini də bu hesaba qatsaq adam başı qorxunc rəqəmlər ortaya çıxır. Təbii bu rəqəmlər potensial gəlirdir. Və belə bir sual var: Siz heç WhatsApp-a ödəniş etdinizmi? Pulsuz istifadə oluna bilirsə niyədə kimsə ödəniş etsin? Deməli WhatsApp-ın əsas gəlir mənbəyi burada deyil. Ümumiyyətlə ictimaiyyətə gəlir və xərcləri barədə məlumat verməyən bu şirkət sadəcə susur. Bilinən sadəcə Forbes jurnalının WhatsApp-ın illik gəlirinin 20 milyon dollar qeyd etməsidir. Belə bir məqamda əsas sual ortaya çıxır: Heç bir reklamı qəbul etməyən və istifadəçilərindən ödəniş tələb etməyən bu şirkətin gəliri haradan gəlir? Və ən əsas məsələ facebook nə üçün 19 milyard dollara bu şirkəri almağa razı oldu? Cavab sadədir. Facebook 19 milyard dollara şirkəti yox 900 milyon insanın məlumatların aldı. 11 səhifəlik bir istifadəçi qaydalarında diqqət çəkən məqamlar var. WhatsApp sizin şəxsi məlumatlarınızı başqaları ilə paylaşır. Nələr etdiyiniz daima izlənir. İstifadəçi qaydalarında
     
    1-ci şərt belədir: "WhatsApp məlumatlarınızı nə vaxt başqaları ilə paylaşır?”
    Bəlli bir nəfərin tanina bilir məlumatları, anonim istifadəçi məlumatları, səhifələrə və url-lara keçidləri, platforma tiplərini, aktiv olma vaxtlarını, daxil olma sayı kimi və s. məlumatları sevis və reklamlarda istifadə məsədilə üçüncü tərəflə paylaşıla bilər. Qanunların tələbi, dövlət və federaiyaların qanunları, beynəlxaq qanunlar və məhkəminin, məhkəmə cəlb etməsivə axtarış tələbi ilə sizin məlumatlar açıqlana bilər.
    Mənası: Burada sizin maraqlarınız başqalarına ötürülür və siz reklam aləti olursunuz. Yuxarıda tanina bilir məlumatlar isə, sizin kimliyinizi ortaya qoyan məlumatlardır. Buraya sizin adınız, maraqlarınız, sevdikləriniz, yaşınız, cinsiniz daxildir.
     
    İsitfadə qaydalarında 2-ci şərt: Şirkət birləşmə, satış və iflas etdiyi təqdirdə WhatsApp-ı alacaq digər şirkətə mövcud məlumatlar ötürüləcək.
    Mənası: Facbook sizin bütün məlumatları WhatsApp-dan aldı. Bəs bu məlumatlar niyə facebook-a lazım idi desəz cavabı sizə sadə dildə belə izah edə bilərik. Sosial şəbəkə istifadəçilərinin əksəriyyətin gənclər təşkil edir bu kütlə 60-70yaşlarına gəldikdə artıq facebookdan istifadəyə elədə maraq göstərməyəcək. Lakin WhatsApp struktur baxımdan facebookdan fərqlidir. Burada siz gündəlik mesajlarınızı qəbul edirsiz və ən əsas sosial şəbəkə kimi deyil. Buda əsas verir ki, siz 60-70 yaşlarına çatdığınızda facebook yox məhz WhatsApp-dan istifadə etmə ehtimalınız daha böyükdür. Məhz facebookun məqsədi bu idi. Gələcəyi aldı...
     
    İsitfadə qaydaları şərti 3: WhatsApp ABŞ hökümətinin maraqlarını uyğun hərəkətini aşağıdakı şəkildə bəlli edir.
    WhatsApp-dan istifadə etmək üçün ABŞ hökümətinin embarqosu altında olan və ABŞ hökümətinin bəlli etdiyi terrorizmi dəstəkləyən ölkədə yaşamalı deyilsiniz. Eyni zamanda yuxarıdakı şərtdə qeyd etdiyimiz kimi WhatsApp rahatlıqla sizin məlumatları ABŞ-ın istəyi olduğu təqdirdə dövlətlə paylaşa bilər. Bundan əlavə əgər ABŞ-la olkənizin ticarət icazəsi yoxdursa WhatsApp-dan istifadə etmək olmur. Açıq aşkar bu ABŞ maraqlarının müdafiəsidir.
    Azərbaycanda yaşasazda ABŞ qanunlarına tabe olmaqdır mənası.
     
    4-cü şərt: WhatsApp səhifəsi və serverləri ABŞ-da yerləşir. Birbaşa ABŞ hökümətinin qanunları əsasında idarə edilir. ABŞ-dan kənar ərazidə yaşadığınız təqdirdə, istifadə və qanunları fərqli olan ölkələrdə Avropa birliyi, Asiya və digər bölgələrdən Californiya qanunlarına tabe olan idarəetmə sistemi əsasında fəaliyyət göstərən WhatsApp xidmətini istifadə edərək bu gizlilik siyasətini və xidmət şərtlərini qəbul edib şəxsi informasiyanızı ABŞ-a trasfer etdiyiniz halda bu məqsədlərlə Kaliforniya qanunlarını istifadə edəcəyinizi zəhmət olmasa bilin.
    Mənası: hansı ölkədə yaşamağınızdan asılı olmayaraq əgər bu müqaviləni qəbul etdinizsə ölkənizdə şəxsi məlumatların paylaşılmaması ilə bağlı qanun olsada siz Kaliforiya qanunlarına görə hərəkət etmiş olursunuz.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər