main-post-cover

    WhatsApp hansı əməliyyat sistemlərində işləməyəcək ?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    WhatsApp, 7 ildən sonra BlackBerry və bəzi Nokia modellərinə olan dəstəyini kəsir.

    Hal-hazırda dünyanın ən çox istifadə edilən mobil tətbiqlərindən biri olan WhatsApp , bu ilin sonunda önəmli dəyişiklik edəcək. Şirkətin verdiyi məlumata görə WhatsApp, bəzı mobil əməliyyat sistemlərindən dəstəyini bu ilin sonunda tamamilə kəsəcək.

    Ağıllı telefonların yüksəlişə keçməsindən sonra mobil texnologiya bazarı Android ve iOS'un əlinə keçmişdi. Bu iki əməliyyat sistemi ilə yanaşı Microsoft da Windows Phone / Windows 10 Mobile ilə varlığını davam etdirməyə çalışır. Ancaq bu vəziyyət digər əməliyyat sistemləri üçün elə də yaxşı deyil.

    Facabook'un sahibi olduğu WhatsApp, Nokia S40 , Symbian S60 və
    BlackBerry'dən (BlackBerry 10 da daxil olmaqla) dəstəyini bu ilin sonunda kəsəcəyini  elan edib. Oxşar vəziyyət Android 2.1 və 2.2 ilə Windows Phone 7.1 üçün də keçərlidir.
    WhatsApp hansı əməliyyat sistemlərində işləməyəcək ?

    Əslində bu qərar mobil texnologiya sahəsində vəziyyətin necə sürətli dəyişdiyinin sübutudur. Çox yox, 5 il əvvəl BlackBerry bazarı alt-üst etmişdi. İndi iPhone nədirsə, 5 il əvvəl BlackBerry o idi. Maraqlısı odur ki, 5 il sonra necə olacaq ?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər