main-post-cover

    Whatsapp-ı daha funksional edəcək əlavə tətbiqlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər ay dünyada 1 milyarddan artıq insan WhatsApp-dan istifadə edir və bu da onu dünyanın ən sürətlə böyüyən tətbiqi edir. Xüsusilə Facebook tərəfindən 18 milyard dollara satın alındıqdan sonra, bu mesajlaşma tətbiqi daha sürətlə böyüməyə başladı.

    WhatsApp tətbiqi üzərində sıxlıqla yeniliklər edilir və əlavə funksiyalar artırılır. Lakin bəzi funksiyaları hələ ki, sadəcə əlavə tətbiq yükləməklə əldə edə bilirik. Əgər siz Android əməliyyat sistemli telefon işlədirsinizsə bu tətbiqlər sizin WhatsApp-ınız üçün gərəkli ola bilər.
     
    WhatsApp başdan-sona (end-to-end) şifrələmə ilə təhlükəsizliyini iki qat artırsa belə bu yenə də telefonunuzu götürən şəxsin mesajlarınızı görməməsinə kifayət etmir. Lakin artıq buna görə narahat olmağa dəyməz. WhatsLock tətbiqi sizə bu problem üçün çarə olacaq. 
    Siz Android-də müəyyən yollarla tətbiqləri şifrələyə bilərsiz, amma WhatsLock tətbiqi bilavasitə WhatsApp üçün hazırlanmışdır. 
     
    Facebook-un Messenger tətbiqində artıq uzun müddətdir istifadəyə verdiyi Mesaj şarları vasitəsilə istifadəçilər onlara gələn mesajları telefonun ekranında görünən kiçik şarlar vasitəsilə görə və mesaja daxil olub cavablaya bilirlər. Bənzər funksiyanı WhatsApp üçün Dashdow tətbiqi vasitəsilə quraşdırmaq mümkündür. 
    Dashdow tətbiqini yükləyərək, tətbiqin WhatsApp bildirişlərinə əlçatımlı olması üçün icazə verdikdən sonra WhatsApp-dan aldığınız mesajlar sizdin telefonun ekranında mesaj şarları formasında görünəcək. Bu sizə hər hansı səhifədən çıxmadan mesajlarınızı oxumaq şansı verəcək. 
    WhatsApp-ın super bir tətbiq olduğunu qəbul edirik, lakin onun ən böyük mənfi cəhətlərindən biri lazımsız faylların həddən artıq toplanmasıdır. Lakin artıq bu tətbiqetmə vasitəsilə lazımsız faylları rahatlıqla təmizləyə bilərsiniz.

    WhatsApp artıq uzun müddətdir ki, səsli danışıq funksiyası ilə mesajlaşma tətbiqini istifadəyə vermişdi. Booyah - vasitəsilə bu funksiyadan bir daha üst səviyyəyə, videolu mesajlaşma tətbiqinə keçid edə bilərsiniz. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər