main-post-cover

    Whatsapp Beta proqramını başlatdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Whatsapp Facebook'un digər proqramları olan Messenger, İnstagram kimi rəsmi olaraq beta proqramları sırasına qoşuldu.

    Bu o deməkdir ki, artıq Whatsapp'dakı yenilikləri hamıdan öncə yoxlaya bilərsiniz. Beta proqramı Google Play Store üzərindən rəsmi olaraq başladılıb. Bildiyiniz kimi İnstagram, Facebook, Messenger kimi proqramların beta versiyasında tester olmaqla həmin proqramlara gələcək yenilikləri ilk olaraq test etmə şansına sahib olurdunuz.
     
     
     
    Bunu Whatsapp üzərindən də başladan şirkətin əsas məqsədi yenilikləri istifadəçilərin rəyi ilə idarə etməkdir. Əslində Whatsapp'ın rəsmi saytında mövcud olan apk faylını endirib cihaza quraşdırdıqda da beta versiyasını əldə etmiş olurdunuz.
     
    Amma bu biraz əziyyətli və vaxtaparan olduğu üçün şirkət test proqramını başladaraq yenilikləri bu proqrama qoşulan üzvlərə Play Store üzərindən verəcək. Beləliklə yeniləmə ilə bağlı problemlər tez həll olunacaq. Həmçinin bu proqram ilə Whatsapp'la bağlı bütün xəta və istəklərdən xəbərdar olacaqsınız. Proqramda tester olmaq üçün aşağıdakı mənbəyə keçid etməyiniz kifayətdir.
     
    Linki kopyala