main-post-cover

    WatchOS 2 - Bütün yeniliklər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Saatlar biraz daha ağıllı oldu. Və daha simpatik. 
    1. Yeni siferblat - Artıq saatınızın ekranına müxtəlif şəhərlərin Time Laps videolarını ekran qoruyucu kimi qoya bilərsiniz. iPhone 6S ilə çəkdiyiniz canlı şəkillərdən də bu məqsəd üçün istifadə etmək olar
    2. Zamanda səyahət - Siz fiziki Digital Crown-u fırlatmaqla keçmişə və gələcəyə səyahət edə bilərsiniz. Məsələn siz gələcəyə getməklə həmin andaki hava məlumatını, görüşləriniz və etməli olduğunuz şeylər haqqında məlumatları yoxlaya bilərsiniz
    3. Zəngli saat rejimi - Gecə siz saatınızı böyrü üstə qoysaz onlar avtomatik gecə rejiminə keçib sizə böyük rəqəmlərlə saat və alarmı göstərəcək. 
    4. Yeni widgetlər - Artıq bütün şirkətlər saatlar üçün öz widgetlərini hazırlaya biləcəklər. 
    5. Daha ağıllı Siri - Artıq sizin virtual köməkçiniz sizin üçün müxtəlif proqramları başlada, xəritə də yolu göstərə, təqvimdəki iclaslar haqqında məlumat verə bilər. 
    6. Facetime zənglər - Saatınız vasitəsilə iPhone olmadanda Facetime zənglərə cavab verə bilərsiniz. Təbii bunun üçün saat WiFi şəbəkəsinə qoşulu olmalıdır. 
    7. Daha çox dost - Artıq saatınızda 12 dostunuz haqqında məlumatları saxlaya bilərsiniz.
    8. Yeni animasiyalı emojilər - Yeni sistemlə siz saatı olan digər tanışlarınıza yeni animasiyalar göndərməkdə çətinlik çəkməyəcəksiniz. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər