main-post-cover

    Vin Diesel Fast and Furious film seriyasının yeni hissələrini anons etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Walt Disney şirkəti öz 'Star Wars" film seriyasını necə inkifaş etdirirsə Universal Pictures studiyası da "Fast and Furious" film seriyasını eləcə inkifaş etdirmək niyyətindədir. Hər-halda bu cür fikir film seriyasının prodüsseri və baş rol ifaçısı Vin Diiesel-in anonsundan bilinir. Belə ki, o "Fast and Furious" film seriyasının prequel və spin-off-larını anons edib. 
    "Bizim artıq hər bir personaj üçün süjet xətdimiz var. Biz bununla çoxdan məşqul oluruq. Bu çox dəyərli film seriyasıdır və biz onu müxtəlif yollarda inkişaf elətdirəcəyik" - deyə Vin Diesel bildirib. O tam dəqiq bildirməyib ki. hansı personajların öz solo filmi olacaq. Lakin güman etmək olar ki, ilk əvvəl söhbət Dwayne Johnson-un canlandırdığı personaj xəfiyyə Hobbs-dan gedir. Dwayne özü də əvvəllər qeyd edirdi ki, bu rolu tamamilə başqa bir filmdə canlandırmaq istəyir. Universal Pictures studiyası Vin Diesel-in sözlərini təsdiqləyib. Qeyd edək ki, "Fast and Furious 8" filmi 2017-ci ilin aprel ayında böyük ekranlara çıxacaq. Filmin rejissoru "Straight Outta Compton" filmini çəkmiş F. Gary Gray təyin olunub.
    Linki kopyala