main-post-cover

    Vertu-dan 10.000 dollar dəyərində ağıllı telefon!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Smartfon bazarına nəzər saldıqda bir çox iri firmaların rəqabət apardığını görə bilərik. Bu firmalardan biri olan Vertu öz xüsusiyyətinə görə digər brendlərdən fərqlənir. Beləki, Vertu məhz lüks telefon istehsalı ilə məşğuldur. Vertu istifadə edənlər bugünə qədər telefonun texniki parametrlərinə eyni zamanda əməliyyat sisteminə bir o qədər də önəm vermirdilər. Lakin bu dəfə Vertu tam 10.000 dollar dəyərində həm dizayn baxımdan həm də yüksək texniki göstəricilər baxımından üst səviyyəyə malik olan telefon istehsal etməyi planlaşdırır. "New Signature touch" adlanan bu yeni model əvvəlki modelləri texniki xüsusiyyətlərinə görə qabaqlayır. Vertu CEO-su Max Poliganın açıqlamalarına görə telefonun qiymətinin 10.000 dollar olması onun dizaynı və parametrləri ilə bağlıdır. Yeni model "New Signature touch"-ın internetdə olan şəkillərinə nəzər salsaq bu dəfədə İngilis istehsalçısının əl işi olan telefonunun çox zövqlü və heyrətamiz olduğun görə bilərik.Telefon Qualcom Snapdragon 810 octa-core yəni 8 nüvəli bir prosessora sahibdir. 4K video çəkmək gücünə malik 21 MP dəyərində arxa kamera, 64 gb daxili yaddaş və 5.2 inçlik ekran telefonda yerləşdirilmişdir. Telefonun ekranı safir kristaldan hazırlanmışdır yəni cızığa davamlıdır. Gövdə isə titanyumdan hazırlanıb.
    Linki kopyala