Uğurlu olmaq və iş məhsuldarlığını artırmaq üçün Elon Musk-dan 6 qızıl qayda

Uğurlu olmaq və iş məhsuldarlığını artırmaq üçün Elon Musk-dan 6 qızıl qayda

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Böyük uğurlara imza atmaq üçün, işləri qaydaya salıb, gün ərzində məhsuldarlığı yaxşılaşdırmaq lazımdır. Bunu "Tesla” və "SpaceX” şirkətlərinin CEO-su Elon Musk çox yaxşı bilir. Öz işlərini uğurla yerinə yetirməsində ona, vərdişləri kömək edir. Sizlərə Elon Musk-ın 6 vərdişini təqdim edirik. O bu vərdişlər sayəsində öz bütün işlərini tam zamanında görməyi bacarır.

Elektron poçt vasitəsilə ünsiyyət:


Elon Musk, o ünsiyyəti üstün tutur hansında ki, tez bir zamanda reaksiya vermək mümkün olmasın. Əsasən o bu cür ünsiyyəti, elektron poçt və ya bir sıra messencerlər sayəsində qurur. Bununla yanaşı Musk, telefon zəngləri ilə edilən danışıqlardan qaçır. Beləliklə o öz qrafikini rahatlıqla qura bilir.

Əlçatmazlıq:

Lazım olmayan ismarışlara cavab vermək onun üçün boş zaman itkisidir. Belə ki, o öz işinə çox ciddi yanaşır. Beləliklə o, şirkətinə aid olmayan insanlardan boyun qaçırır və bunun üçün məşhur olmayan mail ünvanından istifadə edir. Beləliklə onun poçt ünvanına yalnız vacib və real görünən ideya və təkliflər gəlir.

Hər işi vaxtında yerinə yetirmək:

Elon Musk, vacib bir görüşdə olduğu müddətdə belə, ona gələn vacib ismarıclara cavab verərək, təklifləri yoxlayaraq və elektron poçt vasitəsilə ünsiyyət quraraq, mobil telefon vasitəsilə biznesini idarə edə bilir. Hətta övladları ilə vaxt keçirən zaman belə o, iş ilə bağlı vacib ismarıclara cavab verə bilir.

Dəqiq qrafik:

Elon Musk, həmişə optimallaşdırmağa çalışdığı gündəlik qrafik üzrə işini görür. Onun iş günü, 5 dəqiqəlik aralıqlar ilə planlaşdırılır. "Sizə belə bir yaxşı məsləhət. Həmişə özünüzə sual verin ki, hansısa bir tapşırığı daha yaxşı necə görə bilərsiniz” – deyə Elon Musk bildirib.

Biliklərin öyrənilməsinin savadlı prinsipi:

Elon Musk, özünə yeni görünən anlayışları qavramağa başlayanda o, "əsas prinsiplər” üsulundan istifadə edir. O, elmi nəzəriyyəni və ya qaydanı əzbərləməyə yox, başa düşməyə çalışır. Müəyyən bir şeyin bu və ya digər qayda ilə çalışdığını anlayan zaman o, yeni anlayışın öyrənilməsinə daha az zaman sərf edir.

Sağlam yuxu:

Baxmayaraq ki, Elon Musk-ın iş qrafiki çox ağırdır, o, gün ərzində 6 saat yatır. Beləliklə o öz gündəlik məhsuldarlığını yüksək səviyyədə saxlaya bilir. Gün ərzində isə o, iki fincan qəhvə və bir neçə ədəd qazlı içki içir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×