main-post-cover

    Ubisoft Assassin\'s Creed ilə bağlı rəsmi açıqlama verib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Keçən ay Kotaku portalı bildirmişdi ki, bu il Assassin's Creed oyun seriyasının yeni hissəsi satışa çıxmayacaq. Ubisoft şirkəti bu xəbəri təsdiqləyib. Belə ki, şirkət hər il yeni oyun strategiyasını gözdən keçirtmək qərarına gəlib. Ubisoft təmsilçilərinin sözlərinə görə bu cür qərarın qəbul olunmasında əsas səbəb kimi Assassin's Creed: Unity oyununun uğursuz startıdır. Keçən ilki Assassin's Creed: Syndicate-da hər şey qaydasında idi. Lakin buna baxmayaraq oyunun satışları şirkəti qane etmədi. 
    "Unity-dən sonra biz əsas xüsusiyyətlərə daha diqqətlə yanaşmağa başladıq. Təbii ki, bu işdə oyunçuların rəyləri, narazılıqları və fikirləri çox böyük rol oynadı. O vaxtdan bizim komandamız Assassin's Creed-in istehsal olunmasına başqa cür yanaşır və çalışır ki, sözügedən oyun seriyası yenidən oyunçuların ürəyincə olsun" - deyə Ubisoft bildirib. Yeni oyunun satışa çıxmasından öncə Ubisoft onun sözün əsl mənasında unikal olmasına əmin olmalıdır. Növbəti bir il ərzində komanda yeni oyunun gameplay mexanikası üzərində çalışacaq. Kotaku-nun keçən aykı məlumatlarına əsasən yeni oyun Assassin's Creed: Empire adlanacaq. Hadisələr isə qədim Misirdə cərəyan edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər