main-post-cover

    Twitter dizaynda kiçik yenilik edəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Twitter dizaynında kiçik dəyişikliklər etməyə hazırlaşır. Belə ki, artıq "favorite" sözü "like" sözü ilə, ikonkası isə "ulduz" fonundan "ürək" fonuna dəyişdiriləcək. Şirkət vurğulayır ki, "ürək" qlobal dünya tərəfindən qəbul olunan universal simvoldur. Onun funksiyası və ifadə etdiyi anlam bütün dünyada mövcud olan cəmiyyətlərdə birmənalı qarşılanır. Bütün mədəniyyətlərdə, dillərdə və saat zonalarında bu simvol insanların zövqünə daha uyğundur. 
     
    Twitter replaces favorites with likes
    Twitter ilk dəfə "ürək" simvolundan Periscope proqramında istifadə etmişdi. İndi isə bu simvolu Twitter və Vine proqramlarına tətbiq edəcək.
     
    Şirkətdən verilən rəsmi açıqlama isə belədir:
     
    The heart, in contrast, is a universal symbol that resonates across languages, cultures, and time zones. The heart is more expressive, enabling you to convey a range of emotions and easily connect with people. And in our tests, we found that people loved it.
     
    Twitterin bu yeniliyi qısa zaman ərzində Android, iOS, Windows 10 və veb saytında öz əksini tapacaq.
    Linki kopyala