main-post-cover

    Türk startapı İyzico, C seriyalı investisiya raundunda yatırımın miqdarını 15 milyon dollara çıxardı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Türkiyə bazarının öndə gələn staraplarından biri olan İyzico yatırım seriyalarına davam edir. Son olaraq ilin əvvəlində C seriyalı investisiya roundunda 12 milyon dollar yatırım toplamağı bacaran İyzico, "Techcruch"da yer alan məqaləyə görə London əsaslı "Amadeus Capital Partners" şirkətindən daha 3 milyon dollar investisiya almaqla C seriyalı raundu 15 milyon dollarlıq bir yatırım rəqəmi ilə yekunlaşdırıb.


    "Türkiyənin Stripe"ı adlandırılan İyzico, Türkiyə və İran bazarları üçün onlayn ödəmə imkanları təqdim edir. Əsəs hədəf olaraq onlayn biznesləri, elektron ticarət saytlarını hədəf alan və asan qoşulma xidmətləri ilə İyzico, Türkiyədə bazarın lideri halına gəlib çatıb. 10 min B2B müştəriyə xidmət verən İyzico keçən ilin açıqlanan statistik rəqəmlərində 1.5 milyard TL əməliyyat həcmini keçmişdir.
    Linki kopyala