main-post-cover

    Türk startapı "FineDine Menu" restoranlar üçün tablet menyu təcrübəsini Bakıya gətirir

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Bambulabs" məhsulu türk startapı "FineDine Tablet Menu", kafe, restoran və barlar üçün yeni bir menyu təcrübəsini təqdim edir. İstanbul əsaslı startap dünyanın istənilən ölkəsinə xidmətini təklif etməklə, restoran və kafelərin əvənəvi menyu standartını dəyişir. Azərbaycan daxil olmaqla 33 ölkədə hal hazırda fəaliyyət göstərən startapın təməl məntiqi, restoran və kafelərdə olan ənənəvi menyuları rəqəmsal menyulara çevirməkdir.


    Hər bir restoranda masalara quraşdırılacaq tabletlər vasitəsilə, insanlar restoranların menyuları ilə daha interaktiv şəkildə tanış ola bilirlər. Hər hansı bir restoran üçün xidmətə qoşulmaq çox asan və sadədir. "FineDine Tablet Menu" proqram təminatını restoranda olan tabletlərə yükləyib, müştərilərə təqdim etmək mümkündür. Bügün bütün dünyada artıq 100-lərlə restoran bu təcrübəni istifadə edir. Müştərilərinə daha yaxşı xidmət göstərmək, menyu yenilənməsinə çəkilən xərcləri azaltmaq və müştəri məmnuniyyətini ölçmək üçün sözügedən elektron menyular ideal vasitədir desək yanılmarıq.
     

    "FineDine Tablet Menu" aşağıdakı xüsusiyyətlərə malikdir:

    1. Yüksək keyfiyyətli şəkillər və videolar: Qidanın yüksək keyfiyyətə malik şəkil və videolarının menyuda yerləşdirilməsi, müştərinin qida haqqında vizual olaraq daha böyük informasiyaya sahib olmasına gətirib çıxarır və bu da öz növbəsində satışlara təsir edir.

    2. Məhsul və qida haqqında ətraflı informasiya: Standart menyu limitli olduğundan siz bura kiafyət qədər informasiya yerləşdirə bilmirsiniz, tablet menyuda isə məhsul haqqında təsvirlərin limiti yoxdur. Qidanın kalorisi, tərkibi, istifadə olunan inqridientlər və digər bütün detallar.

    3. Bulud əsaslı texnologiya: Bu texnologiya vasitəsilə siz sadəcə öz restoranlar şəbəkənizi sistemə qoşmaqla, istədiyiniz yerdən restoranınızın menyusunu formalaşdıra və tənzimləyə bilərsiniz.

    4. 16+ dil dəstəyi: Hal hazırda "FineDine Tablet Menu" 16-dan çox dil dəstəyini özündə birləşdirir. Daha çoxu isə tezliklə əlavə olunacaq.

    5. Müştəri Məmnuniyyəti Formu: Müştərilər, menyuda olan formu doldurmaqla fikirlərini və qiymətləndirmələrini bölüşə bilərlər.

    6. Sifariş: Restoranda olan müştəri tablet menyu vasitəsilə sifarişi həyata keçirə bilər.

    7. Reklam: Menu üzərində yerləşdirən reklam sahələrinə, restoran sahibləri reklam yerləşdirə bilərlər ki, bu da restoran üçün əlavə qazanc mənbəyidir.


    "FineDine Menu" xidmətini 30 gün müddətində restoranlarınızda pulsuz test edə bilərsiniz. Tətbiq olaraq isə Android və iOS platforması üçün möcud olan tabletlərdə çalışır. Daha ətraflı məlumat və sifariş üçün www.finedinemenu.com daxil ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər