main-post-cover

    Təsadüfən startapçı olan bu adam yalnızlığa çarə tapmış ola bilər

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Bir haldaki bu qədər insan yalnızdır, niyə bu qədər insan yalnızdır?" deyə bir söz var, bəlkə də eşitmisiniz. Bu sözün startapçılar tərəfindən ciddiyə alınması ilə bərabər sürətlə inkişaf edən söhbət tətbiqləri bütün dünyada xəyal edilənin də üzərində maraq görür.

    Chicago Universitetinin apardığı tədqiqata görə Amerikada 19701980 illəri arasında özünü yalnız hiss edən insanların nisbəti 10% ilə 20% arasında dəyişirdisə, günümüzə bu nisbət 45%-ə çatmış haldadır. Vəziyyət belə olanda texnologiya ilə onsuzda həddən artıq iç-içə olan bu nəsil həll üsulunu da texnologiya da axtarır. 
    Artan texnologiya istifadəsi və aludəçiliyi ilə bərabər insanların əyləncə və söhbətlərini texnoloji alətlər üzərində reallaşdırma üsulları artır. İnsanların bir-birləri ilə birbaşa əlaqələri isə bu nisbətlə tərs mütənasib şəkildə azalır.

    Bəs texnologiya yalnızlığa həqiqətən də həll ola bilər mi?

    Təsadüfən ağlına gələn fikirlə bir startapçılıq başladan Chuck McCarthy bu suala cavab tapmağa çalışır. 
    Los Angeles-də yaşayan və şəhərin ilk "People Walker"-ı olan Chuck indilərdə müştəriləri ilə evinə yaxın parklarda həm yeriyib həm də söhbət edərək mil (təqribən 1.6 km) başına 7 dollar alır. Hardasa sıfır marketinq büdcəsi ilə ciddi bir kütləyə çatmağı bacarıb. Tək marketinq cəhdi hazırladığı divar elanları və əl yazısı ilə üzərində "The People Walker" yazılmış paltarıdır. Çox böyük büdcə ayırıb, elədir?
    Hər gün yüzlərlə e-mail alan McCarty, bunların 5 ədədinə cavab verərək şəhərin müxtəlif yerlərində onlarla görüşüb həm gəzir həm də söhbət edir.
    Bu startap ilə bağlı bəzi patentləri alan startapçı bu fikirin yavaş artmasına baxmayaraq indidən Britaniya, İsrailNyu Yorkda bu işi görməyə başlayanların olduğunu da vurğulayıb.

    McCarthy-nin birbaşa olaraq daxil olduğu bu problemlə startapı həll olacaq kimi görünür. Bir sonrakı həmləsinin Uber kimi bu startapın mobil tətbiqini bazara çıxarmaq olacağını bildirdi.
    "Kompüter və telefonlarla əlaqə qururuq ancaq bu əlaqələrdən daha çoxuna ehtiyacımız var. Bizim birbaşa olaraq insanlarla münasibət qurmağa ehtiyacımız var" deyə bildirir və tanışlıq tətbiqlərindən sıyrılıb insan münasibətlərini fərqli bir yanaşmaya daşımağa çalışır.

    Sizcə Azərbaycan da belə bir startapın tutmaq ehtimalı var mı?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər