main-post-cover

    Telegram-a, zəng etmək funksiyası gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Telegram messenceri, end-to-end şifrələməli zəngləri test etməyə başlayıb.

    Sözügedən funksiya hal-hazırda Telegram-ın yalnız beta versiyasını işlədənlər üçün aktivdir. İstifadəçilərin beta versiyaya keçmələri üçün, messencerin ayarları bölməsindəki "Switch Backend” düyməsinə klikləməlidirlər. Beləliklə onlar təkrar qeydiyyatdan keçərək beta versiyaya qoşula bilərlər. Yeni funksiyanı test etmiş istifadəçilər isə həm mobil internet, həmdə Wi-Fi ilə yaxşı zəng kefiyyətinin reallaşdırıldığını xəbər verirlər. Test çərçivəsində yalnız şəxsi zənglər aktivdir. Məlumata əsasən istifadəçi, ona kimin zəng edə biləcəyini özü ayarlaya biləcək. Bu istənilən Telegram isifadəçisi və ya heç kim ola bilər. Yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi isə hələki bilinmir.
    Linki kopyala