main-post-cover

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    07.05.2017
    Farid Pardashunas
    XXI əsrin bəlkədə ən böyük kəşflərindən biri də ağıllı telefonlardır. Amma bu telefonlar nə qədər "ağıllı" olsa da daim bizə enerji problemi yaşadır. Üstəlik onların enerji yığmaları da çox zaman alır. Amma bu problemi az da olsa həll edəcək bəzi taktikalar var.
    Ağıllı telefonlar zaman keçdikcə sahib olduqları performans sürətli şəkildə inkişaf edir. Amma hələ də istifadəçilər üçün bir problem var: batareya ömrü və şarj müddəti. Hər keçdiyimiz gün batareya həcmləri artır, bununla bərabər də onların şarj olma müddətləri də uzanır. Xüsusilə də, təcili anlarda telefonun zəif sürətlə şarj olması bir kabus kimi görünür. Yeni nəsil telefonlarda USB Type C xüsusiyyətilə bu müddət azaldılsada, bu xüsusiyyət flaqman telefonlarda quraşdırılıb. Nəzərə alsaq ki, günümüzdə bu telefonlara hamı sahib ola bilmir, onda problem yenə də həll olunmaz qalır.

    Bəs belə hallarda nə etmək olar? Məsələn, evdən təcili çıxmalısınız, amma telefonun enerjisi çox azdır. Bu kimi hallarda qısa müddətdə telefonu işinizə yarayacaq şəkildə şarj etməyiniz üçün sizə 5 önəmli məsləhətimiz var. Diqqətiniz bizdə olsun.

     Telefonunuzu həmişə divardakı enerji qidalandırıcıdan şarj edin

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    Telefonunuz üçün ən ideal şarj yeri evlərimizin bütün otaqlarında olan enerji qidalandırıcılarıdır. Telefon kabelləri, adapterlər və ya başqa vasitələrlə şarj edərkən mütləq onlardan istifadə edin. Kompyuter və ya notebook kimi cihazlardan USB vasitəsilə şarj etməkdən uzaq durun.

     Yüksək gücdə USB adapterlər istifadə edin

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    İlk məslətimizə əməl edib telefonu enerji qidalandırıcısına taxdınız, elə deyilmi? Əla! İndi isə şarj adapterinizi yoxlayın. Çünki telefonunuzun şarj olmasında ən mühüm rolu onlar oynayır. Adapterinizin yüksək güçdə olması hər zaman sizin işinizə yarayar. Məsələn, iPhone’u götürək;iPhone 6’lar 1amp’lik adapterlərə sahipdir, amma əslində onlar 2.1amp’yə qədər adapterləri götürə bilirlər.Yəni bir iPad’iniz varsa, onun şarj cihazı ilə iPhone’unuzu rahatlıqla şarj edə bilərsiniz. Üstəlik bu durum telefonunuza ya da batareyanıza her hansı bir zərər verməz. Adapterinizin xüsusiyyətlərini yoxlayaraq ondan 1 qat üstün versiyası sizə kömək edəcəkdir.

     Öncəliyi daşına bilən şarj alətlərinə(Power Banks) verin

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    İstifadəsi hər keçən gün artan power bank’lar həqiqətən bəzi zamanlarda həyatımızı xilas edir. Ona görə də, əgər bir power bank sahibisinizsə, təcili anlarda şarj öncəliyini power bank’a verin. Çünki, daşına bilən şarj cihazları həmişə ağıllı telefonlardan daha sürətli şarj olur.

     Telefonunuzu "Təyyarə"(Airplane) moduna qoyun

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    Sizə ‘’wi-fi’i bağlayın, onu bağlayarkən digərlərini heç açmayın, telefonun özəlliklərini minimuma endirin’’ kimi şeylər deməyəcəm. Sadəcə telefonunuzu təyyarə rejiminə keçirməyiniz yetərlidir. Digər əməliyyatlarla rahatlıqla məşğul ola bilərsiniz. Amma zəng və ya mesaj gözləyirsinizsə, bu durum sizin üçün əlverişli olmayacaqdır.(Belə durumlarda isə dırnaq içərisində yazdıqlarımı edə bilərsiniz)

     Tez-tez enerji səviyyəsini yoxlamayın

    Telefonunuzu qısa müddətdə şarj edə biləcəyiniz 5 üsul!

    Telefonunuzun enerjisini azaldan ən önəmli faktorlardan biri də piksellərin daim enerji apardığı əsas ekrandır. Və siz hər dəqiqə şarj səviyyəsini yoxlayanda dolmaqda olan şarjın əsas hissəsi açılıb bağlanan ekrana gedir. Yəni 2 irəli 1 geri addım atmış olursunuz, bu da şarj müddətini bir xeyli uzadır.
     
    Bu yazımızda sizə mümkün və sadə yolları izah etdik. Ümid edirik, sizə çox kömək olacaqdır. Diqqətiniz üçün minnətdarıq!
    mənbə: http://www.webtekno.com/
    Linki kopyala