main-post-cover

    Telefon itirildikdə yaxud oğurlanan zaman nələri etməli?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər cihazınız itkin düşsə, oğurlansa alınan mağazaya krediti ödənilməsə Mobil Cihazların Qeydiyyat Sisteminə (MCQS) müraciət edərək imei kodunu axtarışa verə bilərsiniz. Həmin imei kodlu cihaza nömrə daxil edildikdə dərhal nömrə təyin olunur və nömrəyə MCQS tərəfindən bildiriş mesajı gəlir. Şəkildə gördüyünüz kimi.

    Əgər telefon tapdığınız an tez bir zamanda yaxınlıqdakı polis bölməsinə yaxınlaşmasaz cihazı oğurlamaqla, cihazı oğurlayan şəxslə əlbir sayılırsınız. İmei kodu ilə cihazin harda olduğunu tapmaq həmçinin telefonu kilidləmək mümkündür.
    Mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. (İMEİ-International Mobile Equipment Identification). Bu beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın öz İMEİ nömrəsi var və bu 15 rəqəmdən ibarətdir. Hər hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar.
    İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edilir. Qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın İMEİ nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
    İMEİ kodunun axtarışda olması, 
    Azərbaycan Respublikasında qeydiyyatdan keçməsi, imei nömrəsi beynəlxalq GSM assosiasiyası tərəfindən dəstəklənməsi, istifadəsinin məhdudlaşdırılması haqqında məlumatları www.imei.az saytından yoxlaya bilərsiniz.
    İmei nömrəsinin hansı cihaza aid olduğu haqqda məlumatları isə www.imei.info saytından əldə edə bilərsiniz əgər göstərilən imei kodla göstərilən cihaz uyğun gəlməsə cihazın imei kodu dəyişdirilmişdir. İMEİ kodu dəyişmək QADAĞANDIR.
     
    Müəllif: Həmid Atakişiyev
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər