main-post-cover

    Telefon dünyasının əjdaha telefonları sadəcə 90-170 dollara satılır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinli istehsalçı LeTV'nin istehsal etdiyi "Le 1S" adlı telefonu satış tarixində elə bir rekord qırdı ki, bu rekordu qırmaq çox çətin olacaq. Gözəl dizaynı, göz dolduran performansı və güclü xüsusiyyətləri ilə istifadəçilərə cəmi 173 dollardan təqdim olunan "Le 1S" bir saat içərisində 550 min ədəd satıldı. Bu telefon 7.5 mm qalınlıqda və 169 qram çəkidə korpusa malikdir. Telefonda 5.5 inçlik Full HD keyfiyyətli İPS LCD ekrandan istifadə olunub. 64 bit 8 nüvəli MediaTek Helio X10 prosessorundan güc alan telefon 3 GB RAM32 GB yaddaş ilə təchiz olunub. MicroSD kart dəstəyi də var. 3000 amper batareyaya sahib olan telefonda Samsung istehsalı olan 4K keyfiyyətdə video çəkə bilən 13 MP İSOCELL arxa kamera istifadə olunub. Telefonun ön kamerası isə 5 MP keyfiyyətindədir. Android Lollipop 5.1.1 əməliyyat sisteminə sahib olan telefon günümüzdə mövcud olan flaqman telefonlardan fərqli olaraq hətta USB Type C xüsusiyyətinə də malikdir. Hətta bu telefon istehsal olunmamışdan qabaq 11 milyon ön sifariş alıb.
    1446758056_letv-le-1s-images.jpg
    LeTV'nin bu rekordunu qıra biləcək başqa bir telefon isə Çinin başqa bir şirkəti UMi'dən gəldi. UMi ROME adı ilə bazara təqdim olunan bu telefon Galaxy Note 5'ə bənzəməsi ilə diqqət çəkir. 7.9 mm qalınlıqda metal korpusdan istifadə olunan telefon 5.5 inçlik 2.5D ölçülü HD AMOLED ekranla təchiz olunub. 64 bit 8 nüvəli MediaTek MT6753 prosessoru olan telefonun 3 GB RAM'a sahib olduğunu vurğulayaq. Telefonun qrafika platasında isə ARM Mali T-720 GPU yer alıb. UMi Rome'da  16 GB daxili yaddaş quraşdırılsa da, MicroSD kart barədə məlumat verilməyib. Telefonun arxa hissəsində 13 MP Sony İMX164 sensorlu kamera, ön hissədə isə 2 MP kamera quraşdırılıb. UMi Rome Android Lollipop 5.1.1 əməliyyat sistemi ilə işləyir. Telefon 2500 mAh batareya ilə təchiz olunub. Telefonun qiyməti isə sadəcə 90 dollar olacaq...
    1447864602_cy1i3ct.jpg
     
    Bəs siz necə düşünürsünüz? Sizcə performans önəmlidir, yoxsa ad?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər