main-post-cover

    Tələbələr üçün 5 ağıllı telefon.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Hal-hazırda mobil telefon bazarında o qədər fərqli smartfonlar var ki, qabaqcadan məlumatlanmamış insan bu qədər çoxluğun içində rahatlıqla aza bilər. Məktəblilər üçün lazım olan smartfonların xüsusiyyətləri ilə hər şey aydındırsa (smartfon baha olmamaqla yanaşı sadə, diqqəti cəlb edən və dözümlü olmalıdır) tələbə üçün smartfon seçimi bir xeyli çətindir. Belə ki, seçilmiş smartfon həm qiymət cəhətdən sərfəli olmalıdır həmdəki lazımi tələbləri ödəməlidir. Sizlərə hər bir tələbənin cibinə uyğun olan büdcəli və yaxşı performanslı 5 smartfonu təqdim edirik.

    Samsung Galaxy A3 (2016)
    Samsung şirkətinin A seriyası əsasən böyük ölçülü ekran sevməyən şəxslər üçün çox gözəl seçimdir. Digər modellər ilə nisbətdə A3 modeli performans cəhətdən bir qədər zəif olsa belə orta büdcəli smartfon almaq istəyən şəxsin tələbatını ödəməyə qadirdir. Nəzərə almaq lazımdır ki, A3 modeli məhz orta seqmentli istifadəçilər üçün hazırlanmışdır. Galaxy A3 4.7 düym 1280x720 piksel keyfiyyətli SuperAMOLED ekrana sahibdir. Öz modelləri sırasında bu ən yaxşı ekranlardan biridir. Baxmayaraq ki, o yüksək keyfiyyətli görüntü xüsusiyyətinə sahib deyil, bu cür dioqonallı ekran tələbatı tamamilə ödəyir. Smartfon 1.5 GHz tezlikli və 4 nüvəli Exynos 7578 prosessoru ilə təchiz olunmuşdur. Mali T720 MP2 qrafik prosessorunun sayəsində isə o keçən ilki A3 modelini üstələyir. 1.5 GB-lıq RAM standart təyinatları çox yaxşı səviyyədə yerinə yetirir. Təbii ki, daha yüksək RAM-ın olmağı arzuolunan idi. Lakin bu halda smartfonun qiyməti bir qədər yüksək olacaqdı. Smartfon 16 GB-lıq daxili yaddaşa malikdir. Lakin microSD xüsusiyyəti ilə yaddaşı 128 GB-a kimi artırmaq mümkündür. A seriyasının bütün modelləri bir-birilərinə çox bənzəyirlər. Onları fərqləndirən yeganə xüsusiyyət isə ölçüləridir. A seriyasının dizayni ümumilikdə Galaxy S6 smartfonundan götürülmüşdür. Metal korpusda Corning Gorilla Glass 4 (2.5D şüşə) şüşəsi nəinki ekranı hətda smartfonun arxa panelini belə qoruyur. Galaxy A3 2300 mAh enerji tutumuna sahib batareya ilə təchiz olunub. Smartfon enerjini tam olaraq 90 dəqiqə ərzində yığır. Buna baxmayaraq cihazda Quick Charge funksiyası yoxdur. Offline və ekranın parlaqlığının yüksək rejimində smartfon 10 saata yaxın video göstərə bilir. Wi-Fi-a qoşulu halda isə HD formatlı videonu 9 saatdan bir qədər az göstərmə gücünə sahibdir. Avtonom rejimdə isə smartfon 1.5-2 gün enerji saxlaya bilir. Qeyd edək ki, cihaz Android 5.1 (Lollipop) əməliyyat sistemi üzərində çalışır. Galaxy A3-ün əsas kamerası 13 MP, ön kamerası isə 5 MP-dir. Kamerada standart olaraq geniş formatlı 16:9 rejimi yer tutur. Lakin əgər siz daha yüksək keyfiyyətli foto çəkmək istəsəniz onda 4:3 rejiminə keçə bilərsiniz. Bu halda siz 4128x3096 piksel keyfiyyətli fotolar əldə edəcəksiniz. Bir çox müasir smartfonlar kimi A3 də çəkiliş üçün müxtəlif rejimlərə sahibdir. Ön kameraya gəldikdə isə 5MP-lik kamera Instagram və Periscope istifadəçiləri üçün yaxşı şəkillər və videolar çəkmə imkanı yaradacaq. Hər iki kamera işıqlı və qapalı yerlərdə yaxşı foto çəkmə qabiliyyətinə sahibdirlər.
    Qiyməti 237$. Azərbaycana sifariş və ətraflı məlumat üçün link: From.ae

    Samsung Galaxy J5
    Samsung şirkətinin Galaxy J seriyası smartfon bazarında özünə məxsus yeri tutaraq Android istifadəçilərinin rəğbətini qazanmağa nail olub. Həmin seriyanın parlaq nümunələrindən biri də Galaxy J5 smartfonudur. Bu seriyanın əsasən bütün cihazları öz münasib qiymətləri ilə digərlərindən seçilirlər. Galaxy J5 smartfonu da istisna deyil. Sözügedən smartfonlar öz texniki xüsusiyyətlərinə görə yüksək büdcəli smartfonlardan geri qalsalar belə hər bir tələbənin zövqünü oxşamağı bacarırlar. Deməli Samsung Galaxy J5 smartfonu 5 düym 1280x720 piksel keyfiyyətli SuperAMOLED ekrana sahibdir. Smartfonun daxlində 64-bitli Snapdragon 410 ilə birlikdə 1.2 GHz tezlikli 4 nüvəli Cortex-A53 prosessorları yerləşdirilmişdirr. 1.5 GB-lıq RAM gündəlik istifadə zamanı təyinatların yerinə yetirilməsinin öhdəsindən gəlir. 16 GB-lıq daxili yaddaşı isə istifadəçilər hər zaman microSD dəsrəyi ilə artıra bilərlər. Galaxy J5 2600 mAh-lıq enerji tutumlu batareyaya sahibdir. Uzunmüddətli istifadəni nəzərə almasaq smartfon bütün günü, avtonom rejimdə isə 1.5 gün sizə yararlı olacaq. Bundan əlavə olaraq J5 iki SIM kart və 4G dəstəkləməklə yanaşı Android 5.1 (Lollipop) əməliyyat sistemi üzərində çalışır. Kameralara gəldikdə isə Samsung şirkəti büdcəli smartfonu yüksək keyfiyyətli kameralar ilə təchiz edib. Belə ki, 13 MP-lik əsas kamera vasitəsi ilə istifadəçilər çox yaxşı keyfiyyətdə fotolar və Full HD formatında videolar çəkə bilərlər. Ən böyük sürprizlərdən biri isə ön kameranın 5 MP olması ilə yanaşı onun işıqlandırma sisteminin də olmasıdır. Beləliklə istifadəçilərin selfie fotoları daha keyfiyyətli şəkildə olacaq. Dizayna gəldikdə isə J5 Samsung-un digər standart seriyalarından o qədər də fərqlənmir. Smartfonun arxa qapağı hamar plastikdən hazırlanmışdır. Ön hissə isə həmişəki kimi "Home” və iki sensorlu düymədən ibarətdir.
    Qiyməti 161$. Azərbaycana sifariş və ətraflı məlumat üçün link: From.ae


    Lenovo A5000
    Lenovo təkcə öz kompüterləri ilə deyil həmçinin smartfonları ilə tanınan bir şirkətdir. Şirkətin məşhur smartfonlarından biri isə A seriyasının smartfonlarıdır. Lenovo A5000 modeli isə orta seqmentl istifadəçilər üçün əla seçimdir. Sözügedən model 5 düym 1280x720 piksel keyfiyyətli IPS matrisa əsasında hazırlanmış HD ekrana sahibdir. Yüksək dərəcəli göstəricilər hesab edilməsə də orta büdcəli smartfon üçün və o cümlədən büdcəli istifadəçi üçün yaxşı seçimdir. Ekran görüntüsü dəqiq, rənglər isə dolğundur. Vizual cəhətdən ekran barədə heç bir mənfi fikir yoxdur. Lenovo A5000 1.3 GHz tezlikli 4 nüvəli Mediatek MT6582 prosessoru və Mali 400-MP2 qrafik prosessoru ilə təchiz olunub. Orta büdcəli smartfon üçün isə bu heç də pis deyil. RAM 1 GB olsa da sistem təminatları bu yaddaşın çox az hissəsini təşkil edir. 8 GB-lıq daxili yaddaşa baxmayaraq smartfon microSD funksiyasını dəstəkləyir. Əməliyyat sisteminə gəldikdə smartfon Android 4.4.2 (KitKat) üzərində çalışır. Lenovo A5000 4000 mAh enerji tutumlu batareyaya sahibdir. Şirkətin verdiyi məlumata əsasən Quick Charge funksiyası sayəsində smartfon 3 saat ərzində tam olaraq enerjini yığa bilir. 15 dəqiqəlik enerji yığma isə 4 saat ərzində danışıq üçün kifayət etməlidir. Aktiv şəkildə istifadə ərzində smartfon 2.5 gün, avtonom rejimdə isə sutkalarla enerji saxlamaq qabiliyyətinə malikdir. Kamera xüsusiyyətinə görə A5000 modeli bir çox smartfonlara uduzur. Avtofokus funksiyalı 8 MP-lik əsas kamera yaxşı fotolar çəkə bilir. Lakin bir qədər yaxşı işıqlandırılmış mühitdə. 2 MP-li ön kamera isə avtofokus funksiyasından məhrumdur. Buna görə də selfie fotoları sevən istifadəçilər bir qədər narazı qala bilərlər. Dizayn cəhətdən smartfon əsl iş adamları üçün nəzərdə tutulmuş chazlara bənzəyir. Yəni görünüşcə o öz qiymətindən daha bahalı smartfon fikrini bağışlayır. Arxa panel isə plastikdən hazırlanaraq soft-touch örtüyündən ibarətdir.
    Qiyməti 148$. Azərbaycana sifariş və ətraflı məlumat üçün link: From.ae


    Huawei Ascend P7
    Huawei şirkəti həmişə öz baha olmayan lakin yüksək performanslı smartfonları ilə seçilib. Huawei Ascend P6 modelinin davamçısı olan Huawei Ascend P7 smartfonu əvvəlki modeldən fərqli olaraq daha uğurlu alınıb. Smartfon 5 düym 1920x1080 piksel keyfiyyətli IPS texnologiyası üzərində qurulmuş Full HD ekrana sahibdir. Ekranın 5 düym olması korpusun ölçüsünə öz təsirini göstərib. Vizual cəhətdən ekran fərqi keçmiş model ilə nisbətdə bilinmir. Buna baxmayaraq ekranın maksimal parlaqlığı aşağı endirilib. Ümumilikdə ekran çox əladır və bir sıra smartfonlarla rəqabət apara bilər. Texniki göstəricilərə əsasən smartfon Huawei MediaPad X1 planşetinə bənzəyir. O 1.8 GHz tezlikli 4 nüvəli HiSilicon prosessorundan və 2 GB-lıq RAM-dan istifadə edir. Smartfonun daxili yaddaşı 16 GB-dır. İstifadəçi istənilən vaxt microSD vasitəsilə yaddaşı artıra bilər. P6-dan fərqli olaraq P7 əvvəlcədən LTE şəbəkələri dəstəkləyir. Qeyd edək ki, smartfon Android 4.4.2 (KitKat) əməliyyat sistemi üzərində çalışır. P7 2460mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu göstərici 5 düym Full HD ekranla 4 nüvəli bir smartfon üçün böyük deyil. Digər smartfonlarda enerji tutumu 2600 mAh-dan yüksək olur. Məsələn yüksək parlaqlı ekran rejimində videoya baxan zaman smartfon cəmi 4 saat enerji saxlaya bilir. Oyun oynayarkən və ya internetdən istifadə edərkən belə bu göstərici eyni vəziyyətdə qalır. Lakin normal aktivlik şəraitində smartfon 24 saat enerji saxlamağa qadirdir. Kamera baxımından P7 13 MP-li əsas kameraya və 8 MP-li ön kameraya sahibdir. Əsas kamerada nəzərə çarpan funksiya kimi foto və video çəkiliş üçün HDR rejimi göstərmək olar. Bundan əlavə əsas kamera ilə Full HD formatlı videolar çəkmək olar. Öz 8 MP-li ön kamerası ilə P7 bir çox smartfonlardan fərqlənir. Skype, Instagram və Periscope kimi tətbiqetmələrin istifadəçiləri məmnun şəkildə qalacaqlar. Dizayn barəsində smartfon P6-dan çox da fərqlənmir. Qalınlığının 6.5 mm olması onu ən incə smartfonlardan biri edir. Xarici görünüşcə isə o Sony Xperia Z2-ə bənzəyir.
    Qiyməti 201$. Azərbaycana sifariş və ətraflı məlumat üçün link: From.ae


    Sony Xperia M5 Dual
    Sony şirkəti Xperia smartfonları ilə bazarda müəyyən yeri tutaraq öz auditoriyasını yığmağı bacarmışdır. Sözügedən smartfonların ən məşhurlarından biri isə M seriyasının smartfonlarıdır. Öz flaqman seriyası olan Z-dən fərqli olaraq M seriyası orta seqment istifadəçilər üçün nəzərdə tutulmuşdur. Siyahıdakı son smartfonumuz isə Sony Xperia M5 Dual-dır. Smartfon 5 düym 1920x1080 piksel keyfiyyətli IPS texnologiyası üzərində qurulmuş LCD ekrana sahibdir. Ekran görüntüsü çox keyfiyyətli rənglər isə olduqca dolğundur. Nəticə etibarı ilə ekrana mənfi fikir bildirmək olmur. M5 2.0 GHz tezlikli 64—bit Octa-core prossessoru və 3 GB-lıq RAM-la təchiz olunmuşdur. Smartfonun daxili yaddaşı isə 16 GB-dır. Siyahıda olan digər smartfonlar kimi M5 də microSD funksyasını dəstəkləyir. Qeyd edək ki, cihaz Android 5.0 (Lollipop) əməliyyat sistemi üzərində çalışır. M5 2600 mAh enerji tutumlu batareyaya sahibdir. Sony-nin məlumatına əsasən smartfonda enerji sərfiyyatına qənaət üçün nəzərdə tutulmuş Stamina və Ultra Stamina funksiyaları sayəsində cihaz rahatlıqla 2 gün enerji saxlaya bilər. Təəssüfki M5-də Quick Charge funksiyası olmadığından o enerjini 4.5 saat ərzində tam şəkildə yığır. Lakin normal aktivlik şəraitində smartfon 9-10 saat enerji saxlama qabiliyyətinə malikdir. M5 21.5 Mp-li əsas kamera və 13 MP-li ön kamera ilə ilə təchiz olunmuşdur. Əsas kamera LED işıqlandırma və avtofokusa sahibdir. Onunla həm Full HD həmdəki 4K formatlı videoları çəkmək mümkündür. Avtofokus funksiyalı 13 MP-li ön kamera da əsas kamera kimi çox keyfiyyətlidir. Skype və İnstagram istifadəçiləri üçün bu smartfon çox əla seçimdir. Dizayn baxımından M5 Xperia Z3 və Z3+ cihazlarına bənzəyir. Korpusun qıraqları plastik küncləri isə dəmir örtüklüdür. Arxa panel isə cızılmalara davamlı şüşə ilə örtülmüşdür.
    Qiyməti 271$. Azərbaycana sifariş və ətraflı məlumat üçün link: From.ae
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər