main-post-cover

    "Swatch", ağıllı saatları üçün öz əməliyyat sistemini yaradacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Swatch” öz əməliyyat sistemini inkişaf etdirir.

    "Swatch”, istehsal edəcəyi ağıllı saatlarında öz əməliyyat sistemini istifadə etmək istəyir. Bunun üçün də artıq işlərə başlayıb. "Swatch”, dünyanın ən tanınmış saat istehsalçılarından biridir. İsveçrə mənşəli marka, zamana uyğunlaşmaq üçün öz ağıllı saat əməliyyat sistemini inkişaf etdirir. "Swatch Group” tərəfindən edilən bu rəsmi  açıqlamada, bazarda hal-hazırda olan ağıllı saat platformalarına bir rəqib gələcəyi bildirildi. "Swatch” CEO-su Nick Hayek, şirkətin Tissot markasının gələcək ilin sonunda ilk ağıllı saat modelini təqdim edəcəklərini açıqladı. Ağıllı saatdakı əməliyyat sistemi, şəxsən İsveçrədə "Swatch” qrupu tərəfindən inkişaf etdiriləcək. Yeni əməliyyat sistemi haqqında çox detal paylaşılmadı. Lakin Hayek-in açıqlamalarına  görə rəqiblərindən daha az güc ehtiyacı olması ilə yanaşı məlumatların təhlükəsizliyi də daha yaxşı qorunacaq. "Swatch”, inkişaf etdirdiyi bu platformasını paylaşmağa da açıq olacaq. Bu mövzu haqqında özlərinin 100-dən çox istək aldığını ifadə edən şirkət, bu istəklərin yarısından çoxunun Silikon Vadisindəki şirkətlərdən  gəldiyini söylədi. Bu istəklərin səbəbi isə şirkətlərin istehsal etdikləri ağıllı saatları Android-ə əmanət etmək istəməmələridir. Mövzu haqqında daha çox məlumat il sonunda ya da qarşımızdakı ilin əvvəlində açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər