main-post-cover

    Su kirlənməsini ölçən sensor yaradıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Su insan həyatında önəmli bir yerə sahibdir və susuz yaşamanın mümkün olmadığını hər kəs bilir. Artan hava çirklənməsi və insanın təbiətə verdiyi zərərlərə baxsaq görərik ki, dünyadakı su ehtiyatları ya çirklənir, ya da tükənir. Hal hazırda su mənbələrinin təmiz olub olmamasını yoxlamaq istəsək mövcud sudan nümudə götürməyimiz və onun bir neçə gün ərzində incələnməsi lazımdır. Təbii ki, sadəcə bir testlə bu suyun güvənli olub olmadığını dəqiq demək mümkün deyil. Amma gələcək üçün bu durumun dəyişə biləcəyinə işarə edən bir hadisə yaşanıb.
    Danimarka Texniki Universitetində bir qrup tələbə həqiqi zamanlı olaraq 24/7 və ilin 365 günü sudakə bakteriya səviyyələrini ölçmək üçün bio sensor yaradıblar. Bu sensorlar ona qoşulan kompyuterlərlə suda ola biləcək çirklənmə durumunda təcili lazım olan yerlərə bilgi göndərərək lazımi tədbirlərin alınmasına kömək edəcək.
    Yeni yaradılan sensorun arxasındakı kiçik dəstəkçisi SBT Aqua'nın CEO'su Erik Gustav Skands: "Yaradılan sensorun mikrobioloji su keyfiyyəti ölçmələrində yeni inqilab yaradacağına inanırıq. Yaradılan sensor empedans flow sitometr olaraq tanınan texnikanı istifadə edir və sudakı dəyişikliklərin və ya bakteriyaların sensorlar tərəfindən təsbit edir. Mobil cihazlarda istifadəsi ilə birlikdə sensor, həm də insan idarəsi olmayan sularda da çox sayda test edərək alınan bilgiləri mərkəzə ötürə bilər. Bu mərkəzlərdən hər hansı biri zərərli bakteriyaları aşkar edərsə, çirklənmə ilə məşğul olan qurumlara təcili siqnal göndərə bilər." deyə açıqlama etdi.
    Bu sensorun gələn il bazara təqdim olunması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər