Steve Jobs-un Apple-da etmək istəmədiyi lakin Tim Cook-un etdiyi 6 yenilik
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Vaxtı ikən Steve Jobs olmadan Apple şirkətinin uzun müddət
trenddə qalmayacağı haqqında söhbətlər gedirdi. Lakin Jobs-un vəfatından artıq
5 il keçib və Apple trend şirkət olaraq qalır. Görünür Tim Cook Apple biznesini
çox yaxşı idarə edə bilir. Buna baxmayaraq o hansı qərarları qəbul edir?
Böyük smartfonlar
Baxmayaraq ki, bir müddət öncə 4 inç ekranlı iPhone SE təqdim
olunmuşdur, şirkətin əsas diqqəti böyük smartfonlara yönəlib. Hazırki seriyada
iki model var (4.7 inç ekranlı iPhone 6 / 6s və 5.5 inç ekranlı iPhone 6 / 6
Plus). Bir çoxları Apple-ın böyük smartfonlarına çox gec öyrəşirdilər. Belə ki,
bir əl ilə böyük smartfonu idarə etmək bir qədər çətindir. Steve Jobs isə böyük
smartfonlara inanmırdı. O düşünürdü ki, böyük iPhone-ları heç kim almayacaq.
Deyilənə görə Steve Jobs 4 inç ekranlı Samsung Galaxy S-i əlində tutan zaman o
bildirmişdir ki, bu cihazı istifadə etmək qeyri-mümkündür (həmin vaxt isə cihaz
artıq yaxşı satış göstəricilərinə sahib idi). Lakin 3.5 inç bir əl ilə idarə
üçün ideal seçimdir. Xatırlayırsınızsa iPhone 4 modeli ilə "death grip” adlı səs
salmış hadisə baş vermişdi. Müsahibələrin birində Steve Jobs-a bildirmişdilər
ki, samrtfonun ölçülərinin böyüdülməsi bu problemi həll edə bilər. Steve Jobs
isə öz növbəsində bunun yaxşı variant olmadığını qeyd etmişdi. Məlum olduğu
kimi 2012-ci ildə 4 inç ekranlı iPhone 5 təqdim olunmuşdur. Onun ardından isə
4.7 və 5.5 inç ekranlara sahib iPhone 6 modelləri təqdim olundu. Beləliklə
Apple qəbul etdi ki, böyük smartfonlar bazarı ələ keçirib.
Kiçik planşetlər
2012-ci ildə ilk dəfə olaraq iPad Mini təqdim olundu. Steve
Jobs isə düşünürdü ki, 7 inç ekranlı planşeti istehsal etmək mənasızdır. Belə
ki, cihaz sistem təminatının bütün özəlliklərini təqdim etməyə qadir olmayacaq.
Lakin iPad Mini qısa zaman ərzində məşhurluq qazandı. Adi versiya belə çox
böyük və ağır olması ilə yanaşı həmdə daha çox ev cihazı təəssüratını
bağışlayır. Lakin iPad Mini modelini istifadəçi istənilən yerə yanında apara
bilər. Cook-a bu barədə sual veriləndə o belə bir cavab vermişdir. "Jobs deyirdi
ki, heç vaxt 7 inç ekranlı planşet istehsal etməyəcək. iPad Mini isə demək
olarki 8 inç ekrana sahibdir”.
Stilus
Birinci iPhone-nun əfsanəvi təqdimatında Steve Jobs-un
çıxışı zamanı ekranda belə bir slayd var idi. "Stilus kimə lazımdır?”. Bəli
barmaqla idarəsi rahat interfeysə və yığcam ekrana sahib iPhone 2007-ci ildə
innovativ və nümunəvi bir cihaz idi. Apple təsisçisi deyirdi ki, tanrı insana
10 möhtəşəm stilus bəxş edib. Həmin stiluslar insan barmaqlarıdır. "Plastik
material ilə ekranı klikləmək kimin xoşuna gəlir? Siz maraq üçün bir neçə dəfə
stilusdan istifadə edəcəksiniz. Lakin sonra onun varlığı barəsində
unudacaqsınız” – deyə Steve Jobs bildirmişdi. Keçən il 12.9 inç ekrana və
stilusa sahib iPad Pro satışa çıxdı. İlk öncə cihaz bir xeyli tənqid olundu.
Lakin buna baxmayarq onun satışları yaxşıdır və əyləncədən daha çox iş üçün nəzərdə
tutulub.
Maddi dizayn
Steve Jobs "həyatda olduğu kimi” adlı dizaynın tərəfdarı
idi. Məhz buna görə Notes tətbiqi əsl bloknota, Game Center oyun masasına,
iBooks taxta kitab rəfinə bənzəyirdi. Maraqlısı ondadır ki, Jobs dizaynerlərdən
iCal bölməsi üçün öz şəxsi təyyarəsindəki "dəri”-ni yaratmağı xahiş etmişdir.
Jobs-un şirkətdən getməsindən bir il sonra Tim Cook IOS-in yaradılmasında
cavabdehlik daşımış Scott Forstall-ı işdən çıxarmış və öz diqqətini IOS 7-nin
hazırlanmasına yönəltmişdir. Həminki vaxtdan IOS müasir "yastı” dizaynı ilə fərqlənir.
Biz isə artıq buna öyrəşmişik (asanlıqla olmasa belə).
Tərəfdaşlar ilə danışıqlar
2014-cü ildə Apple IBM ilə müqavilə bağladı. Bağlanmış
müqavilə çərçivəsində IBM tərəfindən biznes tətbiq seriyası yaradıldı. Apple isə
öz növbəsində cihazlarının korporativ mühitdə məşhurlaşması üçün imkan əldə
etdi. Hər şeyin yaxşı getməsinə baxmayaraq Jobs prinsipcə IBM-i sevmirdi. O
düşünürdü ki, IBM istənilən innovativ fikri dəstəkləmir. Çox güman ki, Jobs
Samsung-un nümayəndələri ilə də görüşməyə razı olmazdı. O bildirirdi ki, "Samsung-un
DNT-də kopyalama durur” və çinlilər yaxşı fikrin götürülməsi ilə hazır məhsulun
kopyalanması arasındakı fərqi görmürlər. Cook isə Samsung-u dəfələrlə tərifləyirdi.
O bildirirdi ki, Samsung Android platformasında ən yaxşı smartfon
istehsalçısıdır.
Xeyriyyəçilik və qazanc payı
1997-ci ildə Steve Jobs yenidən Apple şirkətinin CEO-su vəzifəsinə
təyin olunanda onun əsas məqsədi şirkətə qazancın gətirilməsi idi. Beləliklə o
ilk öncə xeyriyyəçiliklə bağlı işləri ləğv etdi və səhmdarlara qazanc payının
verilməsindən imtina etdi. Şirkət yenidən qazanc əldə etdiyi bir vaxtda xeyriyyəçilik
ilə bağlı işlər aktiv olmadı. Jobs-a bu cür məsələlər maraqlı deyil idi. Tim
Cook isə əksinə aktiv şəkildə xeyriyyəçilik ilə məşqul olan bir insandır.
Bundan əlavə olaraq o qazanc payının verilməsini bərpa edib və bir çox sosial
proqramlarda iştirak edir. O gey paradlarda iştirak edərək fiziki cəhətdən məhdudlaşmış
insanlar üçün nəzərdə tutulmuş layihələri dəstəkləyir.
Bəs sizin fikrinizcə əgər Steve Jobs Apple-ın CEO vəzifəsində
qalsaydı yuxarıda sadalanan prinsiplərdən hansınısa yerinə yetirərdimi? Məsələn
yoxsa indiyənə kimi iPhone-lar 3.5 inç ekranlı modellər şəklində satışa
çıxacaqdı? Hər-halda Tim Cook-un dediyinə görə Steve Jobs qəribə insan idi. O
öz fikrini bir anın içində 180 dərəcə dəyişə bilərdi. Beləliklə siz heç
xatırlamayacaqdınız ki, bir neçə dəqiqə öncə o tamamilə başqa cür düşünürdü.
Alma Store-da tələbələr üçün ənənəvi aksiya
Alma Store-da tələbələr üçün ənənəvi aksiya
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək