main-post-cover

    Star Wars Episode VII: The Force Awakens filmindən yeni trailer

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Lucasfilm studiyası hamının gözlədiyi "Star Wars Episode VII: The Force Awakens" filminin yeni traileri-ni təqdim edib. Rejissoru J.J. Abrams olan yeni filmdə hadisələr "Star Wars Episode VI: Return of the Jedi" filmindəki hadisələrdən 30 il sonra cərəyan edəcək. Filmdə baş rolları Mark Hamill, Billie Lourd, Carrie Fisher, Harrison Ford, Domhnall Gleeson, Oscar Isaac, John Boyega, Andy Serkis və digərləri canlandırıblar. Qeyd edək ki, ABŞ-da və Britaniya-da filmə biletlərin ön satışı artıq start götürüb. Təkcə Britaniyada biletlərin ön satışa çıxmasından 90 dəqiqə ərzində 10.000-ə yaxın bilet satılıb. Hətda bəzi kinoteatrlarda bilet satılışında bəzi texniki problemlər də yaranıb.  Biletlərin artıq indidən rekord dərəcədə satılmağı filmin bir çox rekordlara imza atacağına işarədir. Gözlənilir ki, premyera həftəsinin sonuna kimi film 500 milyon dollar gəlir gətirəcək. "Star Wars Episode VII: The Force Awakens" filminin premyerası 17 dekabr tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər