main-post-cover

    SpaceX Falcon 9 raketi okeana eniş etdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    SpaceX firmasının Falcon 9 roketi okeanda üzən platformaya uğurlu eniş etdi.

    ABŞ vətəndaşlı investor Elon Musk'ın sahibi olduğu SpaceX firmasına aid Falcon 9 raketi, Beynəxalq Kosmik Stansiyaya (BKS) materiallarını buraxdıqdan sonra okeanda qurulan üzən platformaya uğurlu eniş etdi.
    Florida'dakı Cape Canaveral Hava Bazasında BKS'ya material daşıyan Falcon 9 raketinin uğurlu eniş etməsi Kaliforniya'dakı xüsusi kosmik kəşfiyyat firması olan SpaceX işçiləri arasında böyük sevinclə qarşılandı.
    ABŞ prezidenti Barack Obama da Twitter mesajında, Falcon 9 raketini okeana endirən SpaceX'i təbrik edərək, "Sizin kimi yenilikçilər və NASA sayəsində Amerika kosmos araşdırmasında liderliyini davam etdirəcək." ifadəsinə yer verdi.
    Daha öncə bir neçə dəfə BBK'ya kargo aparan SpaceX'in bu təcrübəsi İyun 2015'dəki partlayışdan sonra bir ilk oldu. Falcon 9 raketi son uçuşunda kosmik stansiya işçilərinə təxmini 3 tonluq ehtiyac və elmi araşdırma materialları aparmışdı.
    SpaceX, daha əvvəl 4 dəfə cəhd etdiyi raketi okeana endirmə əməliyyatlarında uğursuz olmuş, dekabr ayında da quruda bir bazaya endirmişdi.
    10 və ya 20 istifadəlik olduğu vurğulanan bir Falcon 9 raketinin dəyəri 60 milyon dollardır və 200-300 min dollarlıq yanacaq sərf edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər